Rusiya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət üçün 17 layihə təqdim edib.
"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, Rusiyanın "KamAz" şirkətinin Cəbrayılın "Araz Vadisi İqtisadi Zonasında" tikintisi iyunda başa çatması planlaşdırılır.
Ş. Mustafayev əlavə edib ki, Azərbaycan şirkətləri də öz növbəsində Rusiyada bir sıra sahələrdə layihələr icra ediblər: "Azərbaycan şirkətləri Rusiyada sanatoriya və zavod tikiblər. Hazırkı mərhələdə isə yeni təşəbbüslərin icrası ilə bağlı danışıqlar davam edir".
Qeyd edək ki, Cəbrayıl rayonunda "KamAz" şirkətinin servis mərkəzinin təməli 2021-ci ildə qoyulub.


Şərhlər
Hər bir QURUCULUQ təklifi təqdirə layiqdir! Eləcə də, öncə Azərbaycan ərazi bütölüyünə səlahiyyətini qəbul edib, separat-işğalçı və digər silahlıların çıxarılması qaçılmaz zərurətdir!
Qarabağa Rusiya şirkətləri buraxılsa,eyni ilə erməni şirkətləri kimi hərəkət edəcəklər.Olduqları yerləri gizli mina poliqonuna çevirəcəklər.Rusiyanın Azərbaycana vurduğu ziyanlar bəs deyilmi?Bu işi erməni sevdalısı Şahin Mustafayevin əli ilə görmək çox təhlükəli olacaq..