Menu

Rusiya iki ayda 300-dən artıq yüksək rütbəli zabitini itirib

26.04.2022, 18:01
Rusiya iki ayda 300-dən artıq yüksək rütbəli zabitini itirib

Müharibənin başladığı 24 fevraldan bəri Rusiyanın Ukraynada 300-dən artıq yüksək rütbəli zabiti həlak olub. “AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiyanın müstəqil media qurumu olan “MediaZona” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, statistika yerli hökumət rəsmiləri, qəzetlər və ailələrin sosial mediada paylaşdığı ölüm xəbərləri əsasında hazırlanıb.

Qəzet yazır ki, 62 gündür davam edən qarşıdurmalarda ümumilikdə 317 yüksək rütbəli rus zabiti öldürülüb. Ölənlər arasında leytenantlar və mayorlarla yanaşı, iki yüksək rütbəli generalın da olduğu bildirilir.

“MediaZona” Ukraynada rus hərbçilərin ölümü ilə bağlı 1744 məlumat topladığını açıqlayıb.

Məlumat üçün qeyd edək ki, Kremlin açıqladığı rəsmi statistikaya görə, indiyə qədər Ukraynada 1351 rus hərbçisi həlak olub. Rusiyanın etiraf etdiyi ən yüksək rütbəli ölümlər isə general-mayor Andrey Suxovetski və Vladimir Frolov olub.

“MediaZona” həmçinin Rusiyanın Qara dəniz donanması komandirinin müavini, 1-ci dərəcəli kapitan Andrey Palinin də öldürüldüyünü açıqlayıb.

“AzPolitika.info”

Şərhlər

t.ədalət 2022-04-26 19:49:38

Nə qədər çox rus hərbiçisi ölsə,bir o qədər xeyrimizədir.Qarabağda üstümüzə güllə yağdıran düşmənin sırası seyrələr.

Eli 2022-04-26 18:11:52

Bu hele harasıdır,indi bu döyüşlerin gedişinde Putin,Lavrov,Şoyqu,Patruşev,Narışkin ve digerleri tumanlarını da itirecekler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol