“Motosiklet və mopedlər şəhərdə çox böyük təhlükə yaradır”.
Bunu "Bakupost.az"a millət vəkili Rüfət Quliyev motosiklet sürücüsünün vəzifəli şəxs tərəfindən döyülməsi ilə bağlı danışarkən deyib.
Bildirib ki, bununla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə müraciət də edib:
“Oradan məlumat verdilər ki, bir il ərzində motosiklet və mopedlərin yaratdığı problemlər 2000-dən artıq olub. Çox vaxt bunlar haqqında inzibati qərar vermək də mümkün olmur. Ona görə ki, əksəriyyətinin nömrəsi yoxdur. Motosiklet və mopedlərə dövlət nömrə nişanının verilməsi ilə bağlı Nazirlər Kabinetinin xüsusi bir qərarı olmalıdır ki, onları axtarıb tapmaq mümkün olsun. Sovet dövründə qanunla 40 kubdan aşağı mühərrikli mopedlərə nömrə düşmürdü. Amma bu gün 40 kubluq olan mopedlərin sürəti 70-80-dən yuxarıdır. Bu da ciddi təhlükə yaradır. Qarşısını almaq üçün ciddi addımlar atmaq lazımdır. Bunun üçün xüsusi qanuna ehtiyac yoxdur.
Nazirlər Kabinetinin qərarı, təlimatı ilə bunu dəyişmək olar ki. Mopedlər, motosikletlər nömrəsiz şəhərə çıxa bilməməlidirlər. O zaman çox rahat şəkildə onları aşkar edib məsuliyyətə cəlb etmək olar. Son vaxtlar aldığım məlumata görə Azərbaycanda ayda 2000-dən yuxarı motosiklet, moped satılır. Ona görə də ən qısa zamanda təhlükəsizlik üçün tədbirlər görülməlidir”.


Şərhlər
yene de kasib xalq eziyuet cekecek memur surucunu az qala ustunden kecirdi.Siravi vetendas olsaydi coxdan iceriye salmishdilar.Amma memurdu nece deyerler day day var .Ona gore indi deyirler mopet surenler.Kasib bor parca halal corek qazanir onuda tehqir edirler.Ozleri yollar cekib 30il qarantiya verirler .Sonrada ogradiglari pullari rahat rahat yeyirler.Ogranan puluda yene o moped surenler odeyir.Cunki DYP imtahani vermek lazimdir .TQDK YA
beliio.duz deyir.amma eyni zamanda yol infrastruktutunda gerizekalilarin idaresinde cixarilmasina calisilmalidir.ama onlarin herekezi mutleq tenzimlenmelidir