Menu

"Niyə Ermənistan cəmiyyəti Rusiyanı dəstəkləyir? - Azərbaycanlı politoloq Rusiya müxalifətinə suallar ünvanladı

27.04.2022, 00:14
"Niyə Ermənistan cəmiyyəti Rusiyanı dəstəkləyir? - Azərbaycanlı politoloq Rusiya müxalifətinə suallar ünvanladı

"İkinci Qarabağ Müharibəsi zamanı bütün Rusiyanın liberal müxalifəti Ermənistanı və qondarma “dqr” separatçılarını dəstəklədi. Onlar isə bu gün Ukraynaya qarşı Rusiyanı tam dəstəkləyirlər. Çünki onlar üçün Rusiyanın məğlubiyyəti separatizm mövzusunun sonu deməkdir".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri ABŞ-da yaşayan azərbaycanlı politoloq Ramiz Yunus "Facebook" hesabında yazıb.

Ekspert bildirib ki, Azərbaycan və onun əhalisi bu gün Ukraynanı tam dəstəkləyir. Çünki Ukraynanın qələbəsi Azərbaycanın qələbəsidir və uzunmüddətli perspektivdə Rusiyanın regionumuzdan qəti şəkildə çıxarılmasıdır.

Ramiz Yunus daha sonra Rusiya müxalifətinin tanınmış simalarına suallar ünvanlayıb: "Bəlkə sizin İkinci Qarabağ Müharibəsi ilə bağlı verdiyiniz yanlış qiymətləndirmədən peşman olmağın vaxtı çatıb? Yoxsa "dqr”, "dxr" və "lxr" kimi hər cür separatçılar arasında bir fərq varmı? Siz Ukrayna cəmiyyətinə izah edə bilərsinizmi ki, niyə Ermənistan və onun cəmiyyəti bu gün Ukraynanı dəstəkləmir, Türkiyə və Azərbaycan isə dəstək üçün Prezident Zelenskidən mütəmadi olaraq təşəkkür alır?"

"AzPolitika"

Şərhlər

Veteran 2022-04-27 11:09:26

Belə bir deyim var :Bildirçinin bəyliyi xırmanda dən qurtaranadək davam edir.Bunlarsa bildirçin deyillər bayquşdurlar xarabalıq sevurlər.Erməni dığaları ilə rus donuzlarının dostluğu hop-hopla dıra-dıranın dostluğu kimidir.Erməni dığaları alta yıxılmaq üçün başqa məkan axtarışındadırlar. İnşallah hər ikisi yaxın günlərdə CƏHƏNNƏMƏ vasil ediləcəklər.

t.ədalət 2022-04-27 10:39:43

Rusiyanı YAP da dəstəkləyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol