Menu

Yaponiya Rusiyanın Cənubi Kurildə fəaliyyət planından hiddətlənib – “Tamamilə qəbuledilməzdir”

27.04.2022, 00:14
Yaponiya Rusiyanın Cənubi Kurildə fəaliyyət planından hiddətlənib – “Tamamilə qəbuledilməzdir”

Yaponiya hökuməti Rusiya Baş nazirinin müavini və Prezidentin Uzaq Şərq federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnevin sözlərini tamamilə qəbulolunmaz hesab edir. O, xəbər verib ki, Rusiya yaxın vaxtlarda Kuril adalarının sənaye və turizm baxımından işlənməsinə başlayacaq.

Bu barədə aprelin 26-da dövri mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin Baş katibi Xirokadzu Matsuno bəyan edib.

«Biz, Baş nazirin müavini Trutnevin xatırladılan fikrindən xəbərdarıq. Dörd şimal adaları (Yaponiyada Kuril adalarının bir hissəsi belə adlandırılır - Red.) - bu, bizim suverenliyimizin yayıldığı adalardır və bizim ölkənin əzəli ərazisidir. Bu mənada ki, sanki bu ərazilər Rusiya ərazisi olub - tamamilə qəbulolunmazdır» - Matsuno qeyd edib.

O, bildirib ki, Yaponiya hökumətinin mövqeyi müntəzəm olaraq, Moskvanın nəzərinə çatdırılır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol