Menu

"Qərbin Ukraynaya silah tədürükü əhəmiyyətli dərəcədə artıb" - Prezident Ofisi

27.04.2022, 10:43
"Qərbin Ukraynaya silah tədürükü əhəmiyyətli dərəcədə artıb" - Prezident Ofisi

"Qərbin Ukraynaya hərbi dəstəyi davam edir".

“Report” xəbər verir ki, bu fikri Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

O xatırladıb ki, müharibənin əvvəlində Rusiyanın tələblərindən biri də Ukraynanın tam silahsızlaşdırılması olub: "Dünyanın 40 müdafiə nazirinin dünənki əlamətdar görüşündən sonra Moskvaya çox pis xəbərim var: Qərbin Ukraynaya silah təchizatı həm sürət, həm həcm, həm də sadələşdirilmiş logistika baxımından əhəmiyyətli dərəcədə artıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol