Menu

"Moldova peşəkar və müasir ordu yaratmaq niyyətindədir" - Sandu

27.04.2022, 21:19
"Moldova peşəkar və müasir ordu yaratmaq niyyətindədir" - Sandu

"Moldova peşəkar və müasir ordunun yaradılması üçün bütün səylərini göstərməlidir"."Report" UNİAN-a istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

Sandu etiraf edib ki, Moldovanın döyüşə hazır ordusu yoxdur.

"Ordumuz hərbi texnikasız qalıb. İndi biz bunun nəticələrini kəskin hiss edirik", - Sandu əlavə edib.

Dövlət başçısı vurğulayıb ki, Moldova hərbi-siyasi vəziyyətin möhkəmləndirilməsində digər neytral dövlətlərin təcrübəsindən öyrənməlidir.

"Bu, ölkənin təhlükəsizliyinə və müdafiəsinə qoyulan sərmayədir", - Sandu vurğulayıb.

Prezident söz verib ki, silahlı qüvvələrin baş komandanı kimi Moldova ordusunun və milli müdafiə sisteminin modernləşdirilməsi üçün səylər göstərəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol