Menu

Paytaxtda küçə adları ilə bağlı Komissiya yaradılıb

29.04.2022, 10:54
Paytaxtda küçə adları ilə bağlı Komissiya yaradılıb

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müvafiq Sərəncamına əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb.

Bu barədə BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib.

Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri ilə yanaşı tarixçi və dilçi alimlər də daxil edilib.

Qeyd olunub ki, komissiya Bakı şəhərinində küçə və prospektlərin vahid məlumat bazasının yaradılması, eyni adlı və adsız küçələrin müəyyən edilməsi, onların müvafiq standartlar və digər normativ hüquqi aktların tələblərinə uyğun qaydada adlandırılması, adlarının dəyişdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasını təmin etməlidir.

Artıq Komissiyanın iclası keçirilib və iclasda Komissiyanın fəaliyyətinin rayon icra hakimiyyətləri ilə əlaqələndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, rayonlarda küçə və prospetlərin inventarlaşdırma işləri ilə yanaşı eyni adlı və adsız küçələrin, həmçinin ərazidə yenidənqurma işləri nəticəsində yaranan yeni küçələrin müəyyənləşdirilməsi və bununla bağlı təkliflərin hazırlanmasının təmin edilməsinə dair tapşırıqlar verilib.

Şərhlər

İntizam 2022-04-29 13:11:45

Təqdirəlayiqdir.Kücə meydan dairə adları dəyişsə də hec yerdə lövhə yoxdur.Məsələn uzun illərdir ki Maştağa kəndində Kirov dairəsi ,Məmmədyarov dairəsinin adı rəsmiyyətlə dəyişilsə də hec kim indiki adının nə olduğunu bilmir,o səbəbdən də köhnə adla cağrılır.

t.ədalət 2022-04-29 11:11:30

Bakıda çoxlu küçə adları var ki,onlar işğalçı rusların və bolşeviklərin xatirəsini yaşadır.Alovlu rusist və bolşevik sevdalısı Əlövsət Quliyev,Kaveroçkin və sair.Bu adların hamısını sadalamaq istəmədim.Talançı İH başçıları ərazilərindəki yad adları çox yaxşı bilirlər.Bina tikmək istəyənlərə kücü-bucağı dərhal nişan verdikləri kimi,qoy işğalçı bolşevik Rusiyasının da orda-burda iy verən "yadigarlarını" tapıb göstərsinlər....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol