Menu

"TÜRKİYƏ İLƏ BİRLİYİMİZİ BÜTÜN DÜNYAYA BƏYAN ETDİK” - Prezident İlham Əliyev

29.04.2022, 13:28
"TÜRKİYƏ İLƏ BİRLİYİMİZİ BÜTÜN DÜNYAYA BƏYAN ETDİK” - Prezident İlham Əliyev

“Ötən ilin iyununda Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi iki ölkə və xalqlar arasında qardaşlığın və əməkdaşlığın bariz nümunəsidir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Biz bu sənədlə bütün formatlarda əməkdaşlığımızı rəsmiləşdirdik. Şuşa Bəyannaməsini imzalamaqla Türkiyə ilə həm sözdə, həm də əməldə birliyimizi bütün dünyaya bəyan etdik”, - İlham Əliyev bildirib.

Dövlət başçısı Azərbaycan və Türkiyənin bütün istiqamətlər, o cümlədən hərbi sahədə və müdafiə sənayesi sahəsində müttəfiq olduğunu vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol