Menu

Türkiyə ordusu 7 terrorçunu məhv edib

30.04.2022, 00:45
Türkiyə ordusu 7 terrorçunu məhv edib

Türkiyə ordusu 7 terrorçunu məhv edib. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Ordunun xüsusi təyinatlıları Suriyanın şimalında “Zeytun budağı” və “Barış Pinarı” əməliyyatları zonalarında PKK/YPG silahlılarını zərərsizləşdirib.

Türkiyə Milli Müdafiə Nazirliyi PKK/YPG silahlılarının Türkiyə ordusunun nəzarətində olan əraziləri atəşə tutduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol