“PUTİN “BURNU ƏZİLMƏYƏNƏ” QƏDƏR DURMAYACAQ” - “Bu addımlar artıq müharibənin strateji planda yeni mərhələyə keçdiyini göstərir...”

Sülhəddin Əkbər: “Yeni dünya düzəni qurulur və onun strateji çərçivəsi müəyyən olunur...Unutmamalıyıq ki, bu düzəni yenə də qaliblər quracaq və biz də qaliblərlə bir sırada olmalıyıq”

“Putinin nüvə nüharibəsi zamanı sığınmaq istədiyi yeraltı sığınacaq cəmi 300 metr dərinlikdədir. Ona başa salıblar ki, bunkerə girsə də, salamat qalması problemli olacaq”

“Artıq Rusiyanın şantajlarına, xüsusilə nüvə şantajına məhəl qoyan yoxdur”

Ukraynadakı müharibə bir tərəfdən Rusiya üçün ölüm-dirim savaşına çevrilməkdədirsə, digər tərəfdən də azad dünya üçün strateji nöqtə anlamını daşımaqdadır. Savaşın ikinci mərhələsi davam edir və Ukraynanın şərqində - Donbasda amansız döyüşlər gedir. O da şübhəsizdir ki, müharibə uzandıqca Qərb ölkələri daha açıq mövqedən çıxış etməyə başlayırlar və bu, qətiyyən Rusiyanın maraqlarına və planlarına uyğun deyil.

“AzPolitika.info” Ukrayna müharibəsi mövzusunu Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik mütəxəssisi Sülhəddin Əkbərlə müzakirə edib:

- Sülhəddin bəy, Ukrayna müharibəsi artıq üçüncü aydır davam edir, üstəlik müharibənin istiqaməti və hədəfləri də dəyişir. Dünya düzəninə təsir edəcək bu savaşın indiki mərhələsini necə qiymətləndirirsiniz?

- Qısaca deyim ki, aprelin 25, 26 və 27-də qəbul edilən qərarlar və atılan addımlar artıq müharibənin strateji planda yeni mərhələyə keçdiyini göstərir. İlk dəfədir ki, ABŞ başda olmaqla kollektiv Qərb dolayısı ilə Ukraynada strateji təşəbbüsü ələ alır. Mən bunu deyərkən ABŞ Dövlət katibi və Müdafiə nazirinin Kiyevə səfərini, onların 3 saatdan artıq Ukrayna dövlət başçısı ilə apardıqları müzakirələri, ardınca “Ramştayn”da 40 dövlətin iştirakı ilə Ukrayna ilə bağlı görüşü və nəhayətdə aprelin 27-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Lend-Liz Aktının razılaşdırılmasını nəzərdə tuturam. Yeri gəlmişkən, Lend-Liz aktını Senat qəbul edib, Nümayəndələr Palatası da sənəd layihəsini razılaşdırıb. ABŞ Prezidenti də xüsusi çıxış edərək, Ukrayna məsələsinə dair ABŞ dövlətinin strateji baxışını açıqlayıb.

Xatırladım ki, bundan əvvəl Böyük Britaniyanın Xarici İşlər naziri Liz Trassın ölkəsinin yeni dünya düzəni ilə bağlı doktrinasını, o cümlədən Ukrayna müharibəsinə strateji münasibətini açıqlayıb. Mən Britaniya nazirinin bir cümləsini səsləndirməklə oxucularınızda təsəvvür yaratmaq istəyirəm: “Ukraynada müharibə bizim müharibəmizdir. Bu, hamımızın müharibəsidir. Ona görə ki, Ukraynanın qələbəsi hamımız üçün strateji imperativdir”.

Başqa sözlə, artıq Ukraynanın qələbəsindən və bunun hamı üçün strateji imperativ olduğundan bəhs edilir. Bu, artıq ABŞ başda olmaqla Qərbin strateji təşəbbüsü ələ alması və bundan sonrakı strateji inkişafa yön verməsi anlamına gəlir.

- Burada diqqəti daha çox Senatda qəbul olunan Lend-Liz Aktı cəlb edir. Bu xarakterli sənədlər nadir hallarda qəbul olunur. Həmin sənədin mahiyyəti nədən ibarətdir və nələr nəzərdə tutulur?

- Lend-Liz Aktı (lend-borc vermək, liz-icarə, kirayə vermək) sənədin qısa adıdır və əslində, “ABŞ-ın müdafisəini təmin etmək haqqında qanun” adlanır. Bu qanun ilk dəfə II Dünya Müharibəsi zamanı 1941-ci ilin 11 martında ABŞ Konqresi tərəfindən qəbul edilib. İndiki halda bu qanun “Ukrayna Demokratiyasını Müdafiə üçün Lend-Liz Aktı-2022” adlanır.

Yeri gəlmişkən, qeyd edim ki, Lend-Liz Aktı 1941-ci ilin 11 martınqa qəbul olunarkən məqsəd Boyük Britaniya və SSRİ-yə hərtərəfli dəstək vermək olub. Bu qanundan sonra ABŞ Prezidenti Ruzveltlə Britaniya Baş naziri Çörçil 1941-ci ilin 14 avqustunda Atlantik Xartiyasını imzaladı. Bu, II Dünya Müharibəsinin gedişatına yön verdi və müharibədən sonra yeni dünya düzəninin qurulmasının əsasını qoydu. Qeyd edim ki, 2021-ci ilin 11 iyununda Böyük Britaniya ilə ABŞ arasında yeni Atlantik Xartiyası imzalanıb. Bundan sonra Böyük Yeddiliyin, NATO-nun, habelə ABŞ və Avropa İttifaqının birgə sammiti baş tutub. Bu gün yeni Lend-Liz aktı qəbul edilməkdədir. Deməli, indi də yeni dünya düzəni qurulur və artıq onun strateji çərçivəsi müəyyən olunur. Başqa sözlə, indiki vəziyyət 1941-ci ildəki vəziyyəti xatırladır. Bu sənədlərin qəbul edilməsi deməyə imkan verir ki, artıq yeni dünya nizamı quruculuqu son mərhələyə daxil olub, onun çərvivəsi, əsas prinsipləri və istiqamətləri müəyyən edilir.

- Qayıdaq hərbi teatra. İndi əsas savaş Donbasda gedir. Ukrayna Baş Qərargahının gündəlik məlumatları da göstərir ki, Şərq Əməliyyat Zonasında döyüşlər qızışır. Britaniya kəşfiyyatı elan edir ki, ruslar texnika və canlı qüvvə baxımından güclü tərəfdir. Bu amilləri nəzərə alaraq gözlənti nədir, inkişaf istiqaməti necə olacaq?

- Bəli, ayın 18-dən Donbas istiqamətindən rusların yeni hərbi əməliyyatı başlayıb. Mən, sizi və oxucuları yormaq istəməzdim. Xüsusilə, indi informasiya kifayət qədər çoxdur. Onların hər birini qiymətləndirmək yorucu olardı. Odur ki, əsas məqamlara toxunmaq münasib olardı.

Əvvəla, qeyd etdim ki, kollektiv Qərbin lideri olan ABŞ öz strateji qərarını verib: Rusiya Ukraynada strateji uğursuzluğa, iflasa və hərbi məğlubiyyətə düçar olmalıdır. Bunun üçün ABŞ əlindən gələni edəcək. Ramştayn görüşündə ABŞ Müdafiə naziri açıq elan etdi ki, “yeri-göyü hərəkətə gətirəcəyik”, nə kömək lazımdırsa edəcək, Ukraynaya dəstək verəcəyik.

Artıq azad dünya Ukraynanın qələbəsini strateji imperativ hesab edir. Yəni, bu qələbə mütləq olmalıdır. O baxımdan strateji qərar verilib, Rusiyanın məğlubiyyəti üçün Qərb əlindən gələni edəcək. Ramştaynda da bu istiqamətdə mühüm qərarlar qəbul olundu. Həmin görüşdə 40-dan çox ölkə iştirak edib. Nəticə olaraq birgə mərkəz yaradılıb. Həm 15 ölkənin nümayəndəsindən ibarət işçi qrupu formalaşdırılıb, həm də göstəriləcək yardımın koordinasiyası və nəzarəti həyata keçiriləcək. Bir sözlə, Ukraynaya ediləcək yardıma A nöqtəsindən B nöqtəsinə qədər nəzarət olunacaq. İlk öncə Ukraynanın ehtiyacları müəyyən olunacaq, bu ehtiyacların hansı ölkələr tərəfindən ödənilməsi müəyyən ediləcək və sonda lazım olan hər şey ünvana çatdırılacaq.

Müharibənin nəticələrinə gəldikdə nəzərdə tutulur ki, mayın ortasında bu yardım və təchizat Ukraynaya çatdırılsın. Mayın II yarısından isə Ukraynanın əks-hücumu planlaşdırılır.

- Amma Moskva da sakit dayanmır. Aprelin 27-də Rusiya elan etdi ki, Ukraynaya gələn yardımlar vurulub...

- Hələ Lend-Liz qanunu rəsmi qəbul edilməmiş artıq ABŞ-ın ilkin hərbi yardımları Ukraynaya daxil olmağa başlayıb. Hərbi yardımlar sadələşdirilmiş yollarla, daha asan şəkildə Ukraynaya çatdırılır. Bu yardımın da ardı-arası kəsilməyəcək. Çünki Böyük Yeddilik iqtisadi potensialına görə dünya iqtisadi gücünün yarısını təşkil edir. Yəni Rusiyanın nə qədər fəallıq göstərməsindən asılı olmyaraq, bu hərbi yardımların həcmi də artacaq, keyfiyyəti də yüksələcək və o, daha sürətlə Ukraynaya gələcək. Bunun əksinə, Rusiyanın hərbi, iqtisadi və maliyyə gücü getdikcə azalacaq. Artıq Rusiyanın şantajlarına, xüsusilə nüvə şantajına Qərbdə məhəl qoyan yoxdur. Sızan məlumatlara görə, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Rusiya Baş Qərargah rəisi Gerasimova zəng edərək bu oyunlara son qoymağı tələb edib. Bildirib ki, ABŞ-da da nüvə silahları var. ABŞ Müdafiə naziri Lloyd Ostin Ramştaynda bəyan etdi ki, bu şantajlar faydasız və təhlükəlidir. Faydasızdır o mənada ki, bizim fəaliyyətimizə təsir etməyəcək, üstəlik də Rusiyanın özü üçün təhlükəlidir.

Yeri gəlmişkən, Çində nüvə təhlükəsizliyi ilə bağlı maraqlı təhqiqat aparılıb. Çinin hərbi-siyasi rəhbərliyinin nüvə müharibəsi zamanı yerləşəcəyi yeraltı sığınacaq 2 min metr dərinlikdə yerləşir. Araşdırmalar göstərir ki, nüvə zərbəsi halında heç bu da təhlükəsiz deyil. Təsəvvür edin ki, Rusiyanın hərbi-siyasi rəhbərliyinin nüvə müharibəsi zamanı sığınmaq istədiyi yeraltı sığınacaq isə cəmi 300 metr dərinlikdədir. Hansı ki, Putin də burada gizlənməyi düşünür. Nəzərə alsaq ki, adi və strateji bomba və raketlərin ən modern nəsli ABŞ-dadır, məncə, şantaja yer yoxdur. Sözsüz ki, bütün bunlar Rusiya tərəfinə də çatdırılıb.

- Putin elan edir ki, kimsə Ukraynadakı vəziyyətə kənar müdaxilə olsa və bu, strateji xarakterli təhlükə yaratsa Rusiyanın cavab zərbəsi “ildırım kimi” olacaq. Bununla Moskva Qərbə nüvə zərbəsi xəbərdarlığı etmirmi?

- Bir daha təkrar edirəm ki, artıq Putinin və digər Rusiya rəsmi şəxslərinin dediklərinə fikir verən yoxdur. Onların hər şantajından sonra Ukraynaya dəstək artır. Bu şantajlar Qərbə tam tərsinə təsir edir. Yəni Rusiyanın istədiyi formada təsir etmir.

Onu da nəzərə alaq ki, artıq çoxdandırUkraynadakı vəziyyətə kənar müdaxilə” olur, özü də çoxlu sayda və bu müdaxilələr bundan sonra daha da artacaq.

“Strateji xarakterli təhdid”ə gəldikdə isə yəqin ki Putin ABŞ və NATO-ya qarşı “nüvə triadası”ndan istifadəni nəzərdə tutur. Yəni söhbət quruda, strateji bombardmançı təyyarələrdə və sualtı qayıqlarda yerləşdirilən qitələrarası nüvə başlıqlı ballistik raketlərdən gedir. Diqqət edin, əvvəl Rusiyanın nüvə silahından istifadə edəcəyindən danışılırdı. Qərbin Ukraynaya hər hansı ciddi hərbi dəstəyi olacağı halda nüvə silahından istifadə hədələri dilə gətirilirdi. İndi isə bu fikir yalnız “strateji xarakterli təhdid”lə bağlı səsləndirilir. Halbuki. hər hansı bir strateji təhdid faktiki yoxdur. Kimdir Rusiyanı nüvə zərbəsi ilə hədələyən? Belə bir fikir yoxdur.

- Belə görünür ki, nəticə əsas etibarilə Donbas müharibəsinin yekunlarından asılı olacaq. Bu halda tərəflərin hazırlıq vəziyyəti nə dərəcədə adekvatdır?

- Əvvəla, nəzərə alınmalıdır ki, “Donbas döyüşü” daha qanlı və amansız olacaq. Kütləvi şəkildə raket, artilleriya, aviasiya zərbələrindən istifadə ediləcək. Xüsusilə, zirehli texnika və tanklardan. Təkcə İzyum istiqamətində 500 tank yerləşdirilib.

- Bəli, amma bu tankları ruslar yerləşdirib...

- Bəli, ruslar yerləşdirib. Onların hamısı tədricən, hissə-hissə “əridiləcək”. Xatırlayın, Kiyevə şimaldan yönələn 64 kilometrlik hərbi kolondan bəhs olunurdu. Bəs, nəticə nə oldu? Həm də deyim ki, müharibənin başladığı dövrlə müqayisədə indi ruslar həm canlı qüvvə, həm də zirehli texnika baxımından daha zəifdirlər. Ən azı, həmin qüvvənin üçdə biri artıq yoxdur. Daha doğrusu, Rusiyanın Ukraynaya yeritdiyi həm canlı qüvvə, həm də texnika sayca çox, keyfiyyətcə də yüksək idi. Amma indi onun 30 faizi məhv edilib, sıradan çıxarılıb.

- Bu mərhələrdə tərəflərin dayanması, geri çəkilməsi ehtimalı varmı?

- Nəzəri baxımdan mükündür, amma praktiki baxımdan mən bunu imkansız sayıram. Putin “burnu əzilməyənə” qədər durmayacaq. O, Kiyev ətrafında “noqdaun”a düşdü, indi “nokauta” düşməlidir. Bunsuz dayanmayacaq. Mən deyirdim ki, yeni dünya düzəni quruculuğu həlledici mərhələyə daxil olub, onunla birlikdə geopolitik qarşıdurma da. Dünya ekspertləri iki hissəyə bölünürdü. Bir qrup hesab edirdi ki, müharibə olmadan da yeni dünya nizamı qurula bilər. İkinci qrup hesab edirdi ki, bunun üçün müharibənin olması qaçılmazdır. Mən də ikinci qrup mütəxəssislərin fikirləri ilə razılaşırdım. Müharibəni heç kim arzu etmir, amma reallıqlar var. İmperiya niyyətli bir tiran diplomatik yolla durdurula bilməz. Belə tarixi nümunə, presedent də yoxdur.

Mən zamanında təkrar-təkrar qeyd edirdim ki, 2021-ci ildə Rusiya məsələsi dünyanın gündəminə gələcək, 2022-2023-cü il isə həlledici olacaq. İndi biz bu dövrü yaşayırıq.

- Özünüz qeyd edirsiniz ki, Putini diplomatik yolla dayandırmaq mümkün deyil və o, sona qədər gedəcək. Deməli, nüvə silahının tətbiqi də realdır. Yoxsa, siz bunu mümkünsüz sayırsınız?

- Qlobal strateji sabitlik və tarazlıq, böyük nüvə dövlətlərinin müvafiq doktrinaları “qarşılıqlı yoxetmə” üzərində qurulub. Strateji balans “qarşılıqlı yoxetmə” tezisinə, tərəflərin “qarşılıqlı öldürücü cavab vermə” imkan və potensialına əsaslanır. Təsəvvür edək ki, Rusiya belə bir qərar qəbul etdi. 

Birincisi, ABŞ və müttəfiqlərinin kəşfiyyat imkanlarını və mövqelərini, xüsusilə son Ukrayna müharibəsi təcrübəsini nəzərə almalıyıq. Bu təcrübə göstərir ki, ABŞ və müttəfiqlərinin kəşfiyyat imkanları geniş, mövqeləri isə güclüdür. Deməli, Rusiyanın bu qərarından dərhal məlumatları olacaq.

İkincisi, əgər ABŞ və Qərb kəşfiyyatı adi silahlı qüvvələrin hərəkəti haqqında bu qədər dəqiq məlumat əldə edə bilirsə, deməli nüvə silahı haqqında daha dəqiq informasiya əldə edəcək. Çünki nüvə silahı daha təhlükəli və öldürücü olduğundan kəşfiyyat ona öncəlik verir. SSRİ dağılar-dağılmaz ABŞ başda olmaqla kollektiv Qərb bu sahəyə xüsusi diqqət göstərib, göstərir və gələcəkdə də göstərəcək.

Ukrayna müharibəsi ərəfəsində ABŞ kəşfiyyatı elan edirdi ki, Rusiyanın Ukraynaya hərbi təcavüz ehtimalı yüksəkdir, amma Putin son qərarını verməyib. Hətta Putinin nə zaman qərar verdiyini də Qərb kəşfiyyatı öyrənə bilib.

Həm də qabaqcıl texniki-texnoloji imkanlar var. Bu silahların işə düşməsi üçün yuxarıdan aşağıya doğru komanda zəncirində 5-7 həlqə var. Putinin qərar verməsi hələ o demək deyil ki, bu silah dərhal tətbiq olunacaq. Digər tərəfdən, deyək ki, Putin qərar vedi. Axı, bu barədə ikinci, üçüncü, dördüncü və s. şəxslərə əmr verilməlidir. Bunun gizli saxlanılması mövcud şəraitdə və şərtlərdə faktiki olaraq mümkün deyil.

Putin də bütün bunları bilir və anlayır ki, onun addımı cavabsız qalmayacaq. Bu halda Putin gərək öz ailəsinin, qohumlarının, dostlarının, bütövlükdə rus xalqının məhvini gözə alsın. Üstəlik, ABŞ da qərarını verib. Putin operativ-taktiki nüvə silahından istifadə etsə belə, ABŞ həm özünü, həm müttəfiqlərini, həm də tərəfdaşlarını qorumaq üçün cavab zərbəsi endirəcək. Bugünədək cavab tədbirləri, bir qayda olaraq, ABŞ və müttəfiqləri ilə bağlı olurdu. Amma hazırda ilk dəfədir ki, tərəfdaşlar da nəzərdə tutulur. Konkret halda Ukrayna.

Digər tərəfdən, Böyük Britaniya artıq Putinin nüvə şantajına belə cavab verib ki, London müttəfiqləri ilə məsləhətləşmədən Rusiyanın nüvə zərbəsinə adekvat zərbə ilə cavab vermək hüququnu özündən saxlayır. Odur ki, yaranan vəziyyəti, Putinin xarakteri, arzu və istəklərini, düşdüyü vəziyyəti nəzərə alsaq, nəzəri cəhətdən belə silahdan istifadə etməsi mümkündür, amma cavab zərbəsi alacağını da bilir. Ona başa salıblar ki, bunkerə girsə də, salamat qalması problemli olacaq.

Eyni zamanda, belə bir qərarın verilməsi Putin üçün qaçılmaz olaraq güclü daxili təhlükə də yaradacaq. Yaxın ətrafının ona necə reaksiya verəcəyinə öncədən əmin ola bilməz. Xüsusən də bütün bu baş verənlərdən sonra. Çünki onlar da bu halda həm özlərinin, həm də ailələrinin həyatlarını itirəcəklərini bilirlər. Təsəvvür edin ki, 10 illərdir onlar yaxşı həyat üçün nə qədər oğurluq pul yığıblar. Bu qədər “əzab-əziyyəti” nə üçün çəkiblər? Putinə, onun ölümcül avantürasına görə onlar öz həyatlarını, övladlarını, ailələrini itirməyə hazırdırlarmı?

- Amma bu günə qədər gözləntilər özünü doğrultmadı. Yəni, Putinə qarşı ölkə daxilində etiraz yaşanmadı...

- Öncəliklə qeyd edək ki, artıq strateji vəziyyət köklü dəyişir. Bu, hələlik siyasi-diolomatik sahədə görünür. Bir azdan hərbi sahədə, öncə operativ-taktiki, ardınca hərbi-strateji səviyyədə görünməyə başlayacaq. Yəni, birbaşa döyüş meydanında görünəcək. Bunun üçün də cəmi 2 həftə vaxt qalır.

İndiki dünya düzəni II Dünya Müharibəsindən sonra yaranan dünya düzənidir. Yəni, qaliblərin qurduğu düzəndir. Biz yenə də yeni dünya düzəni quruculuğunun ərəfəsindəyik. Yeni dünya düzəni qurulur, biz də burada öz layiqli yerimizi almalıyıq. Unutmamalıyıq ki, bu düzəni yenə də qaliblər quracaq. Odur ki, biz də qaliblərlə bir sırada olmalıyıq. Bunu edə, birinci sırada dura bilmiriksə, heç olmasa arxa planda, ikinci sırada durmalı və tərəfimizi bəlli etməliyik. Seçim üçün kritik dövr yaşayırıq. Qurulacaq yeni dünya nizamında tutacağımız yer böyük ölçüdə bu seçimdən asılı olacaq.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Roma 2022-05-01 16:19:15

Çox sağ olun Sülhəddin bəy, hərtərəfli əhatəli təhlilə görə...

Elmira 2022-05-01 11:41:25

Cənab Sülhəddin Əkbər super ağıllı analitikdir. Halal olsun!

ELSAD 2022-04-30 23:55:20

Her zaman oldugu kimi,mohtesem bir analiz

Oxucu. 2022-04-30 19:45:19

Meydanı sakit buraxma.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.