Əvvəl əmək insanı ucaldırdı, indi qocaldır...

Seymur VERDİZADƏ

Biz uşaq olanda may ayının 1-i atəşfəşanlıqla qeyd olunurdu. Zəhmətkeşlər, yəni zəhmət çəkib pul qazananlar, əkib-becərənlər, qurub-yaradanlar, bir sözlə, bolluq yaradanlar 1 mayı əziz bayramları kimi qeyd edirdilər.

Rəhmətlik Akif əmim - zəhmətdən yoğurulmuş o gözəl insan həmin gün üzünü təraş edər, səliqəli geyinər və qabardan cadar-cadar olmuş iri, güclü əlləri ilə bizi bağrına basıb təbrik edərdi. Halal zəhməti ilə 4 uşaq böyütmüş bu mərd, təmənnasız adamın sayəsində zəhmətkeşlərin bayramından bizə də pay düşərdi. Biz çox sevdiyimiz, xətrini dünyalar qədər istədiyimiz kolxozçu əmimizlə həmin gün daha çox fəxr edərdik.

Bu gün yenə mayın 1-idir. Əgər “Səs” qəzetində çalışan gənc həmkarım dünyada zəhmətkeşlərin bayramı kimi qeyd olunan bu tarixlə bağlı fikirlərimi öyrənməsəydi, mayın 1-i mənimçün təqvimdəki digər günlərdən fərqlənməyəcəkdi. 

Axı 1 mayı canfəşanlqla qeyd etdiyimiz vaxtdan çox illər keçib. Mən əminəm ki, heç zəhmətkeşlər özləri də mayın 1-nin onların bayramı olduğunun fərqində deyillər. Reallıq budur ki, indi zəhmətkeşə dəyər verən, onun əməyini qiymətləndirən çox azdır. İş adamı qiyafətinə bürünmüş bəzi işbazlar zəhmətkeşləri istismar etdikləri üçün bu gün onların yadına bayram düşmür. Çünki gecə-gündüz tər axıtsalar da, çəkdikləri zəhmətin bəhrəsini görə bilmirlər. Həm dövlət sektorunda, həm də özəl müəssisələrdə zəhmətkeşlər aşağı maaşla çalışdırılır, onların gördüyü işin, çəkdikləri zəhmətin qiyməti çox vaxt aşağı tariflərlə ödənilir. Bakıda fəhlənin, rayonda kəndlinin ayaqqabısı cırıq, qaloşu köhnədir.

Haram yeyənlər halal yeyənlərdən ən azı yüz dəfə yaxşı yaşadığı üçün indi çox adam özünü çətin işə vermək istəmir. Rüşvətxorların, müftəxorların, dələduzların, oğruların sayının artması həm də bununla bağlıdır. İndi çox adam zəhmətsiz gəlir arxasınca qaçır. Səkkizinci kilometr bazarında satıcı işləyən əsgər yoldaşımın sözüdür: “Piştaxta arxasında dik durmaq gündə 9 saat tarlada ikiqat olmaqdan qazancldır

... O da yadımdadır ki, uşaq olanda məktəbdə bizə müxtəlif mövzularda inşalar yazdırırdılar. Ən populyar mövzularından biri bu idi: "Əmək insanı ucaldır”.

Yaxşı ki, indi uşaqları bu cür populist mövzularla sınağa çəkmirlər. Reallıq odur ki, əmək insanı ucaltmır, qocaldır. Öz zəhməti ilə yaşayan insan məişət problemlərinin əlində girinc qalıb vaxtından əvvəl qocalır...

635x100

Şərhlər

Həsənzadə İbrahim 2022-06-07 12:07:41

Seymur bəy Allah Sizdən razı olsun çox gözəl yazmısız İndiki zamanda əməyə qiymət verən yoxdur Müdir işçisinə deyir ki biz verdiyimiz maaşa məcbursuz içləməyə Getməyə yeriniz yoxdur İşçiyə qul kimi baxırlar

Qalib. 2022-05-11 00:36:40

Cavid bəy! Birincisi, Azərbaycanda tarix ərzində CƏMİ BİR DƏFƏ 46 isti olub. "Ölkəmizdə ən yüksək hava temperaturu 2000-ci ildə qeydə alınıb. Həmin il Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda havanın temperaturu 46° təşkil edib, ölkə ərazisində quraqlıq olub, çayların sululuğu azalıb." Bu da "50" dərəcə istidaə işləmək barədə fakt. İkincisi , Mən bu işin canlı şahidiyəm. mənim BÜTÜN QOHUMLARIM, eləcə də valideynlərim bu və ya digər dərəcədə pambılıqda çalışıblar. Mən özüm də məktəbli olaraq pambıq yığmışam. Düzdür kənddən çox uzaq tarlalard da var idi. Belə halda tarla düşərgəsi olmasa da bir talvardan-zaddan tikirdilər ki, lap isti saatlarda insanlar orada dincəlsinlər. pambığın ən ağır məsələsi GÖYDƏN SƏPİLƏN ZƏHƏR idi. Deyəsən yaddan çıxarmısınız! Bu ən dəhşətli ziyan idi. Ancaq pambıq hesabına insanlar çox yaxşı yaşayır, gözəl ev-eşoiktikdirir, avtomobil də alırdı.

Cavid İbrahimzadə 2022-05-09 12:44:13

Qalib bəy!Məni gopa basmaqda günahlandırırsınız,ancaq siz özünüz həmin həyatı yaşamamısınız,onun-bunun dilindən eşidib yazırsınız.Bir-bir bir neçəsini sadalayım:1.günün altında 50-dən də çox isti olur.İnsanlar isə bu günün altında işləyirlər.Pambıq tarlaları kölgədə olmur(temperatur kölgədə ölçülür,yəqin bilirsiniz).2.Naharı insanlar pambıq cızlarının arasında edirdi,çünki xüsusi tikilmiş naveslər uzaqda olurdu,hamıya yaxın olmurdu.3.tarlalar evlərdən uzaq olurdu,ancaq səhər tezdən maşın aparıb,axşamlar camaatı gətirirdi.3.Bütün dükan və bazar bağlı olurdu Ağdaşda.4.Kimi yolda milis tuturdu,aparırdılar pambıq yığmağa.5.1 sentyabrdan məktəblər bağlanırdı,4-cü sinifdən yuxarı uşaqları göndərirdilər pambıq yığmağa,müəllimlər də nəzarət edirdi...........O qədər yazılası var ki!Mən şəxsən həmin həyatı yaşamışam 5-ci sinifdən başlıyaraq.Tanışlarınızdan bir daha soruşun,ancaq Sovet nostalgiyası hisləri ilə yaşayanlardan yox.

Qalib 2022-05-08 20:16:38

Cavad bəy, gopa basmaq lazım deyil. Birinci Azərbaycanda heç zaman 50 dərəcə isti olmayıb. Bu ağ yalandırr İkinci. Sovet dövrünü bir çoxları kimi gözümlə görmüşəm. Mənim ən yaxın qohumların Ağdaş cammatı kimi pampıq becərib. Mən özüm də pambıq yığmışam. Ən ağlr iş olan pambıq alağıı və toplama zamanı saat 12 dən 3-ə kimi, ən isti vaxtda adamlar ya tarla düşərgəsində, ya da və gəlib evdə istirahət ediirdilər, Nahar edib bir balaca isti ötüşəndə işə qayıdırdılar.

Cavid İbrahimzadə 2022-05-07 15:40:50

Bir əhvalat yadıma düşdü:Sovet dövründə bir qrup Qərbi media,nə bilim digər təşkilatların nümayəndələri SSRİ-yə,o cümlədən Azərbaycana səfərə gəlirlər.Ağdaşdan keçərkən şahidi olurlar ki,insanlar gün çıxandan ta gün batana qədər 50 dərəcə günün altında nahara çıxmadan tarlada-pambıqda işləyirlər.Bunları müşaiət edənlərdən soruşurlar ki,belə zəhmətin,ağır və ziyanlı işin müqabilində,yəqin ki,bu insanlar 10 mindən çox maaş alırlar.4-5 dəfə verilən bu sualdan yayınan müşaiətçi axır cavab verir ki,Dövlət bu insanlara ehtiyacları qədər pul verir.Heç demə Qərbdə belə ağır,çətin,insan həyatı üçün təhlükəli olan işlərin ödənişi on mindən artıq imiş.Hər şey insan rifahı naminə prinsipi ilə.Bizləri isə medalla,Bayraqla,nə bilim 1 may zəhmətkeş günü adı altında işlədirmişlər.Seymur müəllımın rəhmətlik əmisi kimi.

Camaat 2022-05-04 14:27:31

Allah camaatı bu günə qoyanların cəzasını versin.

Ali 2022-05-02 01:55:29

Sağ ol, Ay Seymur bəy? Hədəfin lap ortasından vurdun! Sənin deyinin əsas ideyası belə çıxır ki. ay vətən oğlu ağır, ancaq şərəfli zəhmətlə məşğul olma, sən də oğru, müftəxor. dələduz ol, yoxsa zəhmət səni də qocaldar! ...Hansı vicdanlı adam zəhərlənsə, bu məaləni oxusun, mütləq sıfraq edib, öyüyüb mədəsini təmizləyəcək.

Son yazılar