Moskva Ukraynada xüsusi hərbi əməliyyatın başa çatması üçün müddəti mayın 9-na qədər süni şəkildə uyğunlaşdırmayacaq.
APA TASS-a istinadən xəbər verir ki, bunu İtaliyanın “Mediaset” televiziya şirkətinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Hərbçilərimiz süni şəkildə öz hərəkətlərini heç bir tarixə, o cümlədən Qələbə Gününə uyğunlaşdırmayacaqlar. Biz həmişə olduğu kimi 9 Mayı da təntənəli şəkildə qeyd edəcəyik”,- deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat ilk növbədə mülki əhali və Rusiya hərbçiləri üçün hər hansı risklərin minimuma endirilməsi zərurətindən asılı olaraq dəyişir.


Şərhlər
Allah sizin kôkûnûzû kessin !!!!!