Müharibənin ilk günlərindən Qərb ölkələri Rusiyanın Ukraynadakı işğalına qarşı vahid cəbhədə birləşməyi bacardılar. Bu birliyin formalaşmasına Putin rejiminin Qərb dövlətlərinə qarşı sərgilədiyi mövqe ciddi təsir göstərib.
İki aydan artıqdır davam edən müharibədə Qərb bir an belə Ukraynaya maliyyə və hərbi yardımlarını azaltmayıb. Ukraynaya yardımlarda Şərqi Avropa dövlətləri daha səxavətli davranıblar.
“AzPolitika.info” bu mövzuda Britaniyanın “The Economist” nəşrində yayımlanan materialların bir hissəsini oxuculara təqdim edir: “Kiel Dünya İqtisadiyyatı İnstitutunun açıqladığı məlumatlara görə, inidyə qədər G7 ölkələri, Avropa İttifaqı (Aİ) üzvləri və onun qurumları tərəfindən Ukraynaya 27 milyard avro dəyərərində yardımlar göndərilib.
Aİ üzvləri, Aİ Şurası və Avropa İnvestisiya Bankı indiyə qədər Ukrayna hökumətinə ümumilikdə 12 milyard avrodan çox vəsait ayırıblar.
ABŞ Konqresi Ağ Evin Ukraynaya hərbi, iqtisadi və humanitar yardım üçün vəd etdiyi 11 milyard dollarlıq paketi təsdiqləyərsə, bu rəqəm daha da arta bilər.
Ukraynaya ən çox dəstək verən ölkələrdən biri Amerikadır. Rusiya Krımı ilhaq etdikdən sonra 2014-2021-ci illər ərzində ABŞ Ukraynaya 2,5 milyard dollardan çox yardım göndərib. Müharibə dövründə isə ABŞ Ukraynaya 4 milyard dolarlıq hərbi yardım edib.
Ukraynaya hərbi yardım göstərən digər ölkələr- Polşa, Almaniya, İngiltərə və Kanadadır.
Estoniya Ümumi Daxili Məhsulunun 0,8 fazini Ukraynaya göndərəcəyini vəd edib. Şərqi Avropanın digər ölkələri, Latviya, Polşa, Slovakiya və Litva öz ÜDM-larının 0,2%-dən 0,7%-ə qədərini Ukraynaya göndərəcəklərini bildiriblər.
Təbii ki, bu dövlətlərin rəsmi açıqladığı məlumatlardır. Bura özəl ianələr və dövlətlərin beynəlxalq təşkilatlara verdiyi yardımlar nəzərə alınmayıb. Digər tərəfdən müharibə başlayandan bəri 3 milyondan çox qaçqının Avropada yerləşdirlməsi üçün çəkilən xərclərdə bura aid deyil. Eyni zamanda bəzi ölkələr Rusiyanın qəzəbinə tuş gəlməmək üçün Ukraynaya göndərdikləri yardımları ictimaiyyətdən gizli saxlamağa çalışırlar.
Bununla belə, məlumatlardan da aydın olur ki, Qərb Rusiyanın işğalından müdafiə olunmaq üçün Ukraynaya əhəmiyyətli dərəcədə maliyyə, humanitar və hərbi yardım göndərib”.
“AzPolitika.info”


Şərhlər