Menu

Finlərin “VR Group” dəmir yol operatoru Rusiyadan gedir

04.05.2022, 00:04
Finlərin “VR Group” dəmir yol operatoru Rusiyadan gedir

Finlandiyanın «VR Group» dəmir yol operatoru özünün Rusiya aktivlərini satacaq və yük daşımaq üçün kontraktları ləğv etməyə başlayıb.

Bu barədə şirkətin saytında xəbər verilir.

«İstənilən halda bütün Rusiya yükdaşımaları, hansı ki, “VR” xidmət edir, ən geci ilin sonuna qədər dayanacaq» - şirkətin icraçı direktoru Topi Simola qeyd edib.

Yükdaşımaların dayanması ilə eyni zamanda Rusiya Dəmir Yolları ilə bağlanmış kontraktlar ləğv olunacaq.

«VR həm də Rusiyada yük daşıması ilə məşğul olan özünün assosiasiya olunmuş şirkətlərini və törəmə müəssisələrini satacaq» - mətndə deyilir.

Bundan başqa, “VR Group” özünün Rusiyadakı törəmə müəsssəsi olan “Finnloq”-u satmaq üçün danışıqlara başlayıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol