ABŞ dövlət katibi Avropa, Asiya və Yaxın Şərq ölkələrinə səfərə çıxır
ABŞ dövlət katibi Con Kerri iqtisadi əməkdaşlıq, təhlükəsizlik və enerji və s. məsələləri müttəfiqlərlə müzakirə etmək məqsədilə Avropa, Asiya və Yaxın Şərq ölkələrinə səfərə çıxır.
ANS PRESS-in xarici mətbuata istinadla verdiyi xəbərə görə, C.Kerri ilk olaraq Parisdə Fransanın xarici işlər naziri Loren Fabiusla görüşündə Ebola epidemiyası, Ukraynada, İraqda və Suriyada "İslam Dövləti" qrupuna qarşı mübarizə ilə bağlı müzakirə aparacaq.
O, Fransadan sonra noyabrın 7-də Asiya-Sakit okeanı ölkələrinin dövlət başçılarının gələn həftə keçiriləcək sammitindən əvvəl xarici işlər nazirlərinin görüşünə qatılmaq üçün Pekinə gedəcək. Orada ABŞ-ın enerji, kiber təhlükəsizlk və qadınların iqtisadiyyatda imkanlarının genişləndirilməsi mövzuları müzakirə olunacaq.
Vaşinqtonda Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Depratamentində mühazirə söyləyən C.Kerri bildirib ki, Birləşmiş Ştatlar ilə Çin arasında münasibətlər XXI əsrin siyasi mənzərəsinin müəyyən edilməsində həlledici rol oynayır. O, Çinin İran və Şimali Koreya tərəfindən gələn nüvə təhlükərinin qarşısının alınmasında köməyini yüksək qiymətləndirərək, eyni zamanda kiber təhlükəsizliyi və intellektual müəlliflik hüquqları məsələlrində Çinə təzyiqlərin davam etdiriləcəyini söyləyib.


Şərhlər