Menu

Hindistanda 25 nəfər istidən öldü

04.05.2022, 09:12
Hindistanda 25 nəfər istidən öldü

Hindistanın Maharaştra əyalətində havanın temperaturu son altı ilin ən yüksək səviyyəsinə çatıb. Məlumata görə, həddindən artıq istilər nəticəsində son həftədə 25 nəfər ölüb.

Səhiyyə Nazirliyi bildirib ki, 2022-ci ildə may ayının əvvəlinə kimi 381 günvurma halı qeydə alınıb.

Qeyd edək ki, aprelin 28-də Hindistanın paytaxtı Dehlidə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Ölkənin şərqindəki Odişa əyalətində məktəblər bir həftə bağlanıb. Bəzi bölgələrdə havanın temperaturu 45 dərəcəni ötüb.(Mənbə: “Haber Global”)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol