“PREZİDENTİN SON ÇIXIŞI REFERENDUM ANONSUDUR” - “Təyin olunmuşlar işin öhdəsindən gələ bilmədisə, seçilmişlərə şans tanınmalıdır”
Natiq Cəfərli: “Ölkənin inkişafı və sosial-iqtisadi problemlərinin həllində yeni model uğurlu təkan ola bilər”
Azərbaycanda mövcud olan idarəçilik strukturunun - yerli icra hakimiyyəti sisteminin dəyişdirilməsi gözlənilir. Bunu Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz:inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən konfransda elan edib.
Prezident qeyd edib ki, icra hakimiyyəti strukturu SSRİ-nin çöküşü zamanı yaradılıb və gözləntiləri doğrultmayıb. Prezident xüsusilə, ona yaxın icra başçısının həbs edilməsinə toxunub. O, qeyd edib ki, hazırda Qarabağda xüsusi nümayəndələr təyin edib və bu yeni sistem sınaqdan uğurla çıxdığı halda ölkə üzrə tətbiq ediləcək.
“AzPolitika.info” bu mövzunu Real Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli ilə müzakirə edib:
- Natiq bəy, Prezident Əliyev bəyan etdi ki, xüsusi nümayəndələr institutu yaradılıb. Bu sistem Qarabağda sınaqdan keçirilir və sonradan ölkə üzrə tətbiq ediləcək. Sizcə, söhbət nədən gedir və idarəçilikdə gözlənilən bu tip dəyişikliklər hansı nəticələrə səbəb ola bilər?
- Fikrimcə, Azərbaycanda xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra yeni idarəetmə mərhələsinin başlanmasına ehtiyac hiss olunurdu. Bu gün artıq iqtisadi və sosial problemlərin bir çoxunun həllini köhnə idarəetmə forması ilə yoluna qoymaq mümkün deyil. Prezident də çıxışında bildirdi ki, indiyə qədər ona yaxın icra başçısı həbs edilib, işdən çıxarılıb. Aydındır ki, bu struktur özünü doğrultmur. Narazılıqlar da, ciddi problemlər də var. Hesab edirəm ki, Prezidentin bu çıxışı yeni Konstitusiya islahatlarının anonsudur. Çünki ümumilikdə idarəetmə, onun forması, ölkənin inzibati-ərazi vahidi, icra strukturları və s. ilə bağlı elə məsələlər var ki, onlar yalnız konstitusion islahatlarla reallaşa bilər. Bu baxımdan ümid edirəm ki, yaxın günlərdə hətta bu il ərzində yeni referendumun keçirilməsilə bağlı qərar verilə bilər. Bu referendumda yerli icra hakimiyyətlərinin yerinə seçilmiş institutların - bələdiyyələrin məsuliyyət və səlahiyyətlərinin artırılması, böyük şəhər bələdiyyələrinin yaradılması, mer seçkilərinin Konstitusiyada öz əksini tapması vasitəsilə, eləcə də Prezidentin yaratdığı 14 iqtisadi rayonu inzibati-ərazi vahidinə çevirməklə yeni idarəetmə mərhələsinə qədəm qoya bilərik.
Bu halda ölkədə ilk dəfə elə situasiya yarana bilər ki, hakimiyyət tərəfindən təqdim edilən konstitusiya islahatları müxalifətin və cəmiyyətin böyük bir kəsimi tərəfindən də dəstəklənər. Azərbaycanda son referendumlara baxsaq görərik ki, anti-referendum təbliğat qrupları yaranırdı, müxtəlif narazılıqlar olurdu. Ancaq indi ilk dəfə elə dəyişikliklər ola bilər ki, bu, əhalinin və siyasi partiyaların böyük bir hissəsi tərəfindən dəstəklənər. Beləcə, ölkədə yeni mərhələyə, yeni idarəetmə formasına keçmək mümkün ola bilər.
- İdarəetmədəki bu dəyişikliyin forma və mahiyyətini necə görürsünüz?
- Prezidentin fərmanı ilə 14 iqtisadi rayon yaradılıb. Bura Qarabağ və Şərqi Zəngəzur da daxildir. Bunlar inzibati-ərazi vahidinə çevrilə və Prezident onların hər birinə öz nümayəndəsini təyin edə bilər. Bu nümayəndələr əsasən konstitusiyanın, qanunun işləməsinə nəzarət funksiyası daşımalıdırlar. Prezidentlə həmin bölgə arasında körpü rolunu oynamalıdırlar. Yerli icra hakimiyyəti strukturları ləğv edildikdən sonra seçilmişlərin səlahiyyəti və məsuliyyəti qanunvericilikdə dəqiq yazılmalıdır. Bununla da birbaşa seçkilər yolu ilə yerli özünü idarəetmənin həyata keçirilməsi mümkün olmalıdır. Bu institut əsasən yerli infrastruktur məsələlərinin, nəqliyyat problemlərinin və digər problemlərin həllilə məşğul olmalıdır. Başqa sözlə, bu problemləri Bakıdan daha tez həll etmək mümkündür. Həm də bu problemlər Bakıdan daha çox yerlərdə bilinir. Bu, həm də mərkəzi hökumətin yükünü azalda bilər. Nəzərə almaq lazımdır ki, bu gün regionlarda istənilən problem yarananda ilk olaraq prezidentə və hökumətə müraciət edirlər. Hətta xırda su problemini həll etmək üçün belə. Mən hesab edirəm ki, bu, doğru deyil. Heç effektiv idarəetmə modeli də deyil. Odur ki, mərkəzi hökumətin də yükünü azaldacaq qanunlar və modellər ortaya qoyulmalıdır. Növbəti addım isə ümumi idarəetmə ilə bağlı olmalıdır.
- Ümumi idarəetmədə dəyişikliklər dedikdə nəyi nəzərdə tutursunuz?
- Məsələn, hakimiyyətin qollarının möhkəmləndirilməsi və onlar arasında səlahiyyət və məsuliyyət bölgüsünün dəqiqləşdirilməsinə ehtiyac var. Məncə, parlamentdən başlasaq, proporsional seçki sisteminin bərpası və deputat sayının artırılması ölkədə yeni bir siyasi ab-havanın, dizaynın yaranmasına səbəb ola bilər. Bu halda siyasi partiyalar təmərküzləşəcək və möhkəmlənəcək. Belədə bir neçə iri və ölkə həyatında yaxından iştirak etmək qabiliyyətində olan partiyalar olacaq. İndiki kimi 52 partiyanın olmasının elə bir ciddi əhəmiyyəti yoxdur. Çünki ölkənin ictimai həyatında onların böyük əksəriyyətinin heç bir rolu mövcud deyil.
Parlamentin proporsional sistemlə seçilməsindən sonra prezident və hökumət arasında da səlahiyyət və məsuliyyət bölgüsü ola bilər. Prezident dövlət başçısıdır. Xarici siyasət, daxili və xarici təhlükəsizlik, ordu, xüsusi xidmət orqanları, diplomatiya məsələləri dövlət başçısının nəzarətində olmalıdır. Amma iqtisadi və sosial məsələlərin parlamentdən çıxan hökumət tərəfindən idarə olunması daha doğru olar. Bu zaman Prezidentin hökumətə nəzarət etmək, onu tənqid etmək, tez-tez dəyişmək kimi səlahiyyəti də yaranacaq. Bəli, indi zaman-zaman Prezident icra strukturlarını, məsələn, nazirlikləri tənqid edir. Amma bu, indiki sistemə o qədər də uyğun gəlmir. Parlamentdən çıxan, Prezidentin nəzarəti altında fəaliyyət göstərən hökumət sosial-iqtisadi məsələlərin həll edilməsində məncə, önə çıxmalıdır. Bu da məsliyyət və səlahiyyət bölgüsündə ciddi rol oynayacaq.
Eyni zamanda, məhkəmə hakimiyyəti ilə bağlı konstitusion islahatlara ehtiyac var. Bizdə məhkəmə-hüquq islahatları dərinləşməlidir. Məhkəmələrin və hakimlərin təyinatı ilə bağlı müxtəlif yanaşma və modellər var. Azərbaycanda da yeni proqressiv modellərin tətbiq edilməsi mümkündür. Məsələn, hakimlərin üçdə birini Prezident təyin edir, üçdə birini parlament razılaşdırma əsasında seçir, yerdə qalanı isə hüquq camiəsi tərəfindən seçilir. Məncə, bu da çox yayılan təcrübədir. Bu, məhkəmələrin daha çevik, daha ədalətli və daha doğru qərarlar verməsinə təsir göstərər. Hakimlərin sayının artırılmasına da nail oluna bilər . Yeri gəlmişkən, işlərin uzanması, ləngiməsi hakim sayının məhdud olması ilə bağlıdır. Bu problem də öz həllini tapa bilər. Başqa sözlə, həm yerli icra strukturlarının, həm də ölkə miqyaslı institutların yenidən formalaşmasına ehtiyac var. Bu da bizi daha effektiv və proqressiv idarəetmə modelinə gətirib çıxara bilər. Ölkənin inkişafı və sosial-iqtisadi problemlərinin həllində yeni modelin uğurlu təkan olacağını düşünürəm.
- İndiki icra hakimiyyəti strukturlarında korrupsiya, rüşvət, ədalətsizlik və digər problemlərin mövcudluğu heç kimə sirr deyil. Kim zəmanət verir ki, yeni sistemdə icra başçılarının səlahiyyətlərini bölüşən şəxslər öz sələflərinin əməllərini təkrar etməyəcək?
- Bunun zəmanətini verən yeganə institut seçkidir. Əhali onların fəaliyyətinə qiymət verəcək. Növbəti seçkini udmaq istəyən bələdiyyə sədri və ya üzvü mütləq elə fəaliyyət göstərməlidir ki, yerini qoruya bilsin.
Bələdiyyə sədrləri birbaşa seçilməlidir. Bu şəxslər müstəqil, bitərəf və ya partiya üzvü ola bilərlər. Bu zaman bələdiyyələrdə partiyaların da məsuliyyəti olacaq. Bu halda onlar neqativ hallara qarşı bir-birinə nəzarət etməyə başlayacaqlar. Dünyada qədim Afinadan üzü bu yana seçki institutundan yaxşı nəzarət mexanizmi yoxdur. Seçki institutu bərqərar olacaqsa, mütləq neqativ hallar da aradan qalxacaq. Çünki bunun alternativi yoxdur. Rüşvətxor və korrupsiyaya qurşanan bələdiyyə sədrini, meri əhali heç vaxt ikinci dəfə seçməz.
- Əminsiniz ki, əgər icra hakimiyyəti institutu ləğv olunacaqsa, onun səlahiyyətləri mütləq bələdiyyələrə veriləcək?
- Başqa yolu yoxdur. Yerlərdə ya təyin edilmişlər, ya da seçilmişlər idarə edir. Bizdə uzun illər təyin edilənlər idarə etdi və bu, effekt vermədisə, deməli, seçilmişlərin idarəetməsinə üstünlük verilməlidir. Yəni, dünya təcrübəsi bunu deyir. Sadəcə olaraq, başqa model yoxdur. Ya təyin edilənlər, ya da seçilənlər olur. Təyin olunmuşlar işin öhdəsindən gələ bilmədisə, seçilmişlərə şans tanınmalıdır.
- Qeyd etdiniz ki, Prezident 14 iqtisadi rayon üzrə xüsusi nümayəndə təyin edib. Lakin həmin ərazi vahidlərində icra başçıları da var...
- Problem də elə budur. Bu saat paralel strukturlar mövcuddur. Göz bəbəyimiz olan Şuşanı götürsək, burada Prezidentin səlahiyyətli nümayəndəsi də, icra hakimiyyəti başçısı da var. Yaxşı, burada icra başçısı nə işlə məşğuldur, onun hansı səlahiyyəti və məsuliyyəti var? Bununla bağlı heç bir məlumat yoxdur. Əvəzində, icra hakimiyyəti başçısı aparatının saxlanılması üçün dövlət büdcəsindən xeyli pul ayrılır. Odur ki, bunlar problem yaradır. Əgər çox zaman ziyanlı olan paralel strukturlar istəmiriksə, idarəetmənin yeni dizaynı olmalıdır. Məncə, Prezidentin son çıxışı həm də bunun anonsu oldu. Ümid edirəm ki,yaxın zamanlarda bunun detalları bəlli olacaq.
- İcra hakimiyyəti orqanları korrupsiya, rüşvət, tenden fırıldaqları kimi məsələlərdə uzun illər öndə gedib. İndiki sistem çərçivəsində bu problemləri həll edərək yola davam etmək mümkün deyilmi?
- Korrupsiya, rüşvət və digər neqativ məsələlərin aradan qaldırılması hüquq-mühafizə orqanlarının işidir. İcra hakimiyyətini dərindən yoxlasan minlərlə problem üzə çıxar. İndiyə qədər hansını yoxlayıblarsa, nəzarət altına alıblarsa, hamısında problemlər çıxıb, bəzi icra başçıları həbs olunub. Əgər hamısını yoxlasalar, əksəriyyətində cinayət işləri ortaya çıxacaq. Sistemin özü buna təsir göstərir. Burada bir önəmli detal da var. İndiki sistemdə yerli icra başçılarının maaşları 1300-1400 manatdır. Aydındır ki, 100 minlik əhalisi olan rayona rəhbərlik edən, hakimi-mütləq olan şəxs 1400 manatla dolanmaq istəməyəcək. Bu, həmin icra başçısının həyat səviyyəsindən, yaşamından, geyimindən, ailəsinin güzəranından görünür. Deməli, bu sistem özü geniş səlahiyyətli icra başçıları təyin etməklə, onları qeyri-qanuni əməllərə sövq edir. Məncə, seçilmişlər daha yüksək maaş almalıdır və onlara qarşı ciddi nəzarət mexanizmi olmalıdır. İndiki şəraitdə 100 minlik şəhərə kimisə təyin edib ona 1300 manat maaş təyin edilirsə, bu adam mütləq orada başqa yollarla pul qazanmağa çalışacaq.
- Prezidentin anonsunu verdiyi yeni idarəetmə sistemi iqtisadiyyata, rəqabət mühitinə hansı təsirlər göstərə bilər?
- Əgər dediyimiz islahatlar həyata keçiriləcəksə, məncə, ölkəyə böyük investisiya axını olacaq. Məhkəmə hakimiyyətinə inanan və güvənən investorlar gələcək. Yerli icra hakimiyyətinin biznesə müdaxiləsinə son veriləcəksə, bu halda daha çox daxili və xarici sərmayələrə qapı açılacaq. Sinqapur, Cənubi Koreya, Çili, Vyetnam, Laos və digər ölkələr son 30-50 ildə inkişaf edib. Onlarda da keçid bu cür olub: məhkəmə hakimiyyəti və qanunun aliliyi. Bunlar olduqda investisiya da, iqtisadi yüksəliş də artır.
Mən hesab edirəm ki, biz gözlədiyimiz konstitusiya islahatları, yəni yerli icra hakimiyyəti orqanlarının ləğvi, bələdiyyələrin yaradılması, mer seçkiləri, proporsional seçki sisteminin tətbiqi kimi dəyişikliklər olacaqsa, biz bunu dəstəkləyəcəyik.
Rasim Əliyev
“AzPolitika.info”
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Natiq Cəfərlinin fikirləri utopik sosialistlərin fikirlərinə bənzəyir. .. Korrupsiyaya qarşı mübarizə aparan yoxdur. Aparanın anasını ağladırlar. Belələrindən biri də mənəm. 2004-cü ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilən iclasda, Hacıbala Abutalıbov özünü “iyrənc rüşvətxor” adlandırandan sonra, Baş Prokurora Abutalıbovun həbs edilməsi barədə məktub göndərdim. Məktubu qeydiyyata almadan gətirib verdilər Abutalıbova. Bundan sonra 7 il mənim əsəblərimlə oynayandan sonra məni işdən çıxartdılar. Qanunsuz işdən azad edilməyim barədə 2041 dəfə müraciət etdim. Bu müraciətlərə reaksiya verən olmadı. Dörd il məhkəmələrdə vaxtım getdi. Abutalıbov pul verib, mənim bütün iddialarımı rədd etdirdi. Özümü və ailə üzvlərimi təqib və təhqir edirlər. Bu korrupsiyaya qarşı mübarizə aparanın dövlət tərəfindən “dəstəklənməsidir.” Sənaye müəssisələrini dağıdandan sonra indi də keçiblər, AMEA-nın institutlarına. Yarım ştat işlədiyim AMEA-nın Fizika İnstitutundakı qanunazidd hərəkətlər barədə Prezident Administrasiyasının Humanitar Siyasət şıbəsinin müdiri Fərəh Əliyevaya üç dəfə yazılı müraciət etdim. Qanunu pozaraq, mənim müraciətimi hərəkətindən şikayət etdiyim təşkilata göndərdilər. Buna görə keçən ayaın 7-də 9 saat 15 dəqiqə ayaq üstündə durandan sonra, bu xanımla görüşə bildim və görüşməyimə də peşman oldum. Çünki bu qadını, nə Fizika institututundakı qanunazidd əməllər, nə də ki, oradakı avadanlıqların dağıdılaraq satılması, əsla maraqlandırmadı. Hörmətli Natiq Cəfərli! Paça-parça olmuş şalvara yamaq vurmaqla, təzə şalvar düzəltmək olmaz!....
YAXŞI HEÇ NƏ OLASI DEYİL BƏLKƏ DA DAHA DA PİS OLACAQ. ÇÜNKİ HƏMİN TALANÇI BANDA OLACAQ.
icra başçıları həmin rayon əhalisi içərisindən seçki ilə seçilməlidir.Heç olmasa bir az utanb həyasızlq etməzlər.
Gənc, xarici təhsillilər də elə 1ci katib kimi çalışır!? Lütfən, sualı düşünün sonra referendum anonsu verin. Qarabağ sepatizminə də nöqtə qoyulacağı görünmür? Halbuki, tarixən Azərbaycana aid olmalı ərazidə yaradılmış Ermənistan SSRİ dövründə 83% yerli türkləri zorla deport etdirib və 1987-1988ci ildə də bütün azərbaycanlılar? Biz isə bu geniş insan hüquqlarımıza qarşı kəskin və birdəfəlik tədbir görmək cürətində belə görünmürük?
ƏLİNİN ADINI PİRVƏLİ QOYMAQLA MƏSƏLƏ DÜZƏLSƏYDİ BÜTÜN ƏLİLƏR PİRVƏLİ OLARDI.
1-ci katib olanlar oldu icra başçısı,indidə həmin adamlar olacaq bələddiyyə başçısı.