Menu

Rusiya jurnalist Aleksandr Nevzorovu axtarışa verib

04.05.2022, 16:02
Rusiya jurnalist Aleksandr Nevzorovu axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi (DİN) jurnalist Aleksandr Nevzorovu axtarışa verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə məlumat Rusiya DİN-in məlumat bazasında yerləşdirilib.

"3 avqust 1958-ci il təvəllüdlü Nevzorov Aleksandr Qleboviç Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, - bildirilib.

Qeyd edək ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Nevzorova qarşı Rusiya Silahlı Qüvvələrinin fəaliyyəti barədə qəsdən yalan məlumat yaydığına görə cinayət işi açıb. İstintaqın məlumatına görə, jurnalist martın 9-da “Instagram”da və martın 19-da “YouTube”da Rusiya Silahlı Qüvvələri Mariupol şəhərindəki doğum evini atəşə tutması barədə qəsdən yalan məlumat yayıb.

Şərhlər

Vuqar Memmed.oglu 2022-05-04 17:27:55

RUSİYA YALANCİ DƏYƏRLƏRƏ SOYKƏNƏN,POPULİST BİR DOVLƏT OLUB UZUN İLLƏRDƏ BUNUN ACİSİNİ CƏKƏCƏKLƏR CƏHƏNNƏM ODUNDA YANA-YANA!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol