Menu

Konstitusiya Məhkəməsi ipoteka ilə bağlı yeni qərar verdi

05.11.2014, 12:34
Konstitusiya Məhkəməsi ipoteka ilə bağlı yeni qərar verdi

Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

İclasda “İpoteka haqqında” qanunun 43.4-43.8-ci və 48-ci maddələrinin şərh edilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

AzərTAc-ın məlumatına görə, qərarda deyilir ki, “İpoteka haqqında” qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan hər hansı əsasla yeni hərracların keçirilməsi həmin qanuna zidd hesab edilməlidir.

Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı var. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol