Menu

Putin iş adamı Vahid Ələkbərovu təltif edib

04.05.2022, 22:42
Putin iş adamı Vahid Ələkbərovu təltif edib

Rusiya Prezidenti Vladimir Putin “LUKOYL” neft-qaz şirkətinin sabiq rəhbəri, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovu təltif edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, iş adamı I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, aprelin 21-də Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti postunu tərk edib.

Vahid Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.

Şərhlər

t.ədalət 2022-05-05 12:06:53

"Kəlilə və Dimnə" əsərində belə bir hekayə var ki,qocalıb əldən düşmüş heyvanı otlaqa buraxırlar ki,son istifadə üçün,yəni ətini satmaqdan ötəri bir az kökəlsin..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol