Menu

Rusiya-Ukrayna müharibəsində bir ilk yaşanıb - Rus qadın hərbçi öldürülüb + FOTO

05.05.2022, 14:03
Rusiya-Ukrayna müharibəsində bir ilk yaşanıb - Rus qadın hərbçi öldürülüb + FOTO

İki aydan artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində bir ilk yaşanıb. Döyüşlər zamanı rus qadın hərbçi həlak olub.

“AzPolitika.info” beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, 27 yaşlı Valentina Qalatova Mariupolda gedən döyüşlər zamanı öldürülüb.

Məlumatda qeyd olunur ki, Valentina 1994-cü ildə Sibirdə anadan olub və fevral ayında müharibəyə yollanıb. O, orduda həkim kimi fəaliyyət göstərib.

Qalatovanın ərinin də ötən il Donetskdəki münaqişədə həyatını itirdiyi bildirilir. 

Qeyd edək ki, Rusiya ordusunda 41 minə yaxın qadın hərbçi xidmət etsə də, onlar nadir hallarda ön cəbhəyə göndərilirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol