Menu

İngiltərə Bankı uçot dərəcəsini son 13 ildə ən yüksək həddə çatdırıb

05.05.2022, 16:00
İngiltərə Bankı uçot dərəcəsini son 13 ildə ən yüksək həddə çatdırıb

İngiltərə Bankı (BoE) uçot dərəcəsini 0,25 bənd artıraraq 0,75%-dən 1%-ə çatdırıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir

Məlumata görə, bu, ötən ilin dekabr ayından bəri tənzimləyici qurumun 4-cü faiz artımı qərarıdır. Hazırda BoE-nin uçot dərəcəsi 2009-cu ildən bəri ən yüksək həddədir.

“Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra qlobal səviyyədə inflyasiya təzyiqləri kəskin artıb. Bu, dünyada, o cümlədən Böyük Britaniyada inkişaf perspektivində əhəmiyyətli dərəcədə pisləşməyə səbəb olub”, - deyə qurumun açıqlamasında qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol