Menu

"Rusiya mayın 9-dək Dnestryanı ərazinin müstəqilliyini tanıya bilər" - KİV

05.05.2022, 18:10
"Rusiya mayın 9-dək Dnestryanı ərazinin müstəqilliyini tanıya bilər" - KİV

Rusiya Moldovanı işğal etmək üçün müfəssəl plan hazırlayıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Kanal 24” telekanalı əks-kəşfiyyat mənbələrinə əsasənməlumat yayıb.

Bildirilib ki, Rusiya mayın 9-dək və ya həmin gün Dnestryanı ərazinin müstəqilliyini tanıya bilər: “Bu, ikinci cəbhənin açılması ilə nəticələnəcək. İkinci cəbhənin açılması strateji əhəmiyyət kəsb edir”.

Ukrayna əks-kəşfiyyatçılarının məlumatına görə, Rusiya Dnestryanıda İl-76 təyyarələri və helikopterləri ilə havadan eniş həyata keçirməyi planlaşdırır.

Şərhlər

t.ədalət 2022-05-05 18:55:08

Rusiyanın tanıması şərt deyil.Rusiyanın özünün dünya dövlətləri tərəfindən tanınması sual altındadır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol