Menu

“Əhməd Cavad yaradıcılığını Türkiyədə daha çox tanıtmaq lazımdır” - Səfir

05.05.2022, 22:57
“Əhməd Cavad yaradıcılığını Türkiyədə daha çox tanıtmaq lazımdır” - Səfir

“Əhməd Cavad yaradıcılığını Türkiyədə daha çox tanıtmaq lazımdır”. Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Tbilisidə Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə həsr olunan tədbirdə iştirak edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib.

Səfir qeyd edib ki, Türkiyədə azərbaycanlı şairin yaradıcılığı kifayət qədər tanınmır: “Bəli, biz onun “Çırpınırdı Qara dəniz” və “Gəncədən gəlirəm” şeirlərini bilirik. Amma onun bir çox əsərləri Türkiyə məktəblərində öyrədilmir. Düşünürəm ki, bu gün şairin Ankarada açılan heykəli çoxdan ucaldılmalı idi”.

Onun sözlərinə görə, “Əhməd Cavad elə bir şəxsiyyətdir ki, Qafqazda birləşdirici rol oynayıb və hələ də bu coğrafiyada körpü rolunu oynayır”.

Ə.Cavad çətin dönəmdə xarakter baxımından lider kimi ortaya çıxıb: “O, dünya müharibəsi dövründə müstəqillik uğrunda savaşmış bir əsgər, diplomat, mütəfəkkir, tərcüməçi, fikir öndəri olub. Bəlkə də çətin zamanlar güclü adamları yetişdirir. Əhməd Cavad gördüyü işlər və qoyduğu mirasla hələ də körpü rolunu oynayır”.

F.C.Yazqan tədbirdə Ə.Cavadın həyat və yaradıcılığının Gürcüstan dövrü ilə bağlı yeni məlumatlar əldə etdiyini söyləyib: “Onun “Pələng dərisi geymiş pəhləvan” əsərini Azərbaycan dilinə tərcümə etdiyini bilirdim. Bu gün Gürcüstandakı Azərbaycan icması böyük şairin yaradıcılığını təbliğ etməklə çox böyük iş görüb. Bunun da önəmini anlamaq lazımdır”.

Xanım səfir Ə.Cavadı bir diplomat kimi incələmək istədiyini qeyd edərək, şairin yaradıcılığı və əsərləri ilə mütləq daha yaxından tanış olacağını bildirib.

Şərhlər

t.ədalət 2022-05-05 23:02:49

Əhməd Cavad Türkiyədə lazımınca tanınır.Onun rusdilli və erməniqanlı məmurları ilə tanınan Azərbaycan səviyyəsində təbliği daha vacibdir.Məsələn,gənclər və idman nazirliyinin rus sevdalıları Ə.Cavadın əsərlərini güman ki heç vaxt oxumayıblar..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol