Bu ay benzinin dünya üzrə orta qiyməti 1,33 ABŞ dolları olub.
APA xəbər verir ki, bu barədə “Ria Novosti“ məlumat yayıb.
Yanacağın ən baha olduğu ərazilər sırasında ilk yerlərdə Honkonq və Norveç gəlir. Bunrda benzinin 1 litrinin qiyməti müvafiq olaraq 2,78 və 2,41 dollardır.
Ucuz yanacağa gəldikdə isə, 1 litr benzin Əlcəzairdə 0,32, Küveytdə 0,34 dollardır.
Bundan başqa, Venesuela, Livan, İran və İraqda yanacaq qiymətlərində ciddi ucuzlama baş verib. Bir müddət əvvəl Venesuelada yanacağın 1 litrinin qiyməti 2 sentə enmişdi. Lakin bu, iqtisadi proseslər nəticəsində baş verməyib.


Şərhlər
Yanacağın baha olduğu ölkələrdə əhalinin gəliri və pensiyası dəfələrlə Azərbaycandan çoxdur.Həm də xaricdə satılan benzinin keyfiyyəti Azərbaycanda istehsal olunan benzindən dəfələrlə yüksəkdir.