Menu

Moldovanın Dnestryanı bölgəsində partlayışlar olub

07.05.2022, 10:32
Moldovanın Dnestryanı bölgəsində partlayışlar olub

Bu gecə Moldovanın Dnestryanı bölgəsinin Rıbnitsa vilayətinin Ukrayna ilə həmsərhəd Voronkovo kəndi yaxınlığında bir neçə partlayış baş verib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, səmada PUA-lar görülüb.

İtkilərin olub-olmadığı barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl Dnestryanı bölgədə terror aktları baş vermişdi. Bölgədə terror təhlükəsinin qırmızı səviyyəsi elan olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol