Menu

“ABŞ siyasəti Şərqi Asiyanın maraqlarına xidmət etmir” - Çin

07.05.2022, 19:20
“ABŞ siyasəti Şərqi Asiyanın maraqlarına xidmət etmir” - Çin

“Amerika Birləşmiş Ştatları öz siyasətində Şərqi Asiya ölkələrinin ehtiyaclarını nəzərə almır, ona görə də region ölkələri, o cümlədən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) daxil olan ölkələr müstəqil hərəkət etməlidirlər”.

“Report” xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bəyan edib.

“ABŞ-ın Hind-Sakit Okeanı regionunda strategiyası müasir dövrün tendensiyalarına ziddir və Şərqi Asiya ölkələrinin ümumi və uzunmüddətli maraqlarına xidmət etmir”-deyə, nazir bildirib. Nazir qeyd edib ki, ASEAN regionda sabitliyə nail olmaq üçün yerli əməkdaşlıqda mərkəzi rol oynamalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol