Menu

Rusiyada Ukrayna ordusu ilə döyüşmək üçün artıq müasir tanklar çatışmır – KİV

07.05.2022, 20:16
Rusiyada Ukrayna ordusu ilə döyüşmək üçün artıq müasir tanklar çatışmır – KİV

Mayın 7-nə olan vəziyyətə Rusiya Ukraynadakı döyüşlərdə artıq 1122 tank itirib.

Döyüş fəaliyyətini davam etdirmək üçün Rusiyanın artıq müasir tankı çatışmır. Cəbhə üçün tələsik ötən əsrdə SSRİ-dən miras qalmış texnikanı modernləşdirirlər.

Bu barədə «İzah edə bilərik» Teleqram-nəşrində xəbər verilir.

Belə ki, Yekaterinburq tank zavodu, dövlət satınalmaları portalındakı informasiyaya görə, 200 vahiddən artıq köhnəlmiş hərbi texnikanın modernləşdirilməsi ilə məşğul olmağa başlayıb.

Müəssisə 53 min vahid «Kontakt-1» dinamik müdafiə məhsul-konteyneri tədarük etməlidir. Bu sifariş təxminən 230 tankı zirehlə təmin etməyə çatar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol