Menu

Rusiya ordusu 90 dinc sakinin sığındığı məktəbi bombalayıb

08.05.2022, 00:23
Rusiya ordusu 90 dinc sakinin sığındığı məktəbi bombalayıb

Rusiya ordusu Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində içərisində 90 dinc sakin olan məktəbə bomba atıb.

“Report”un məlumatına görə, bu barədə Luqansk Hərbi Administrasiyasının rəhbəri Serqey Qayday teleqramda məlumat verib.

Onun sözlərinə görə, yerli sakinlər əvvəl Mədəniyyət evində gizlənirdilər: “Lakin ev də dağıldıqdan sonra insanlar məktəbin binasında gizlənirdilər. Faciə baş verən zaman məktəbdə təxminən 90 nəfər olub. Artıq 30-a yaxın insan dağıntılar altından çıxarılıb. Axtarış-xilasetmə işləri davam edir”.

Şərhlər

t.ədalət 2022-05-08 00:55:54

Azərbaycandakı rus dili xəstələri,"5-ci kolon" və digər rus ifrazatı çeynəyənlər ,görəsən,21-ci əsrdə bu qədər vəhşi və qatil ikinci xalq tanıyırlarmı?Bilirlərmi ki,Rusiya,lazım gəlsə onları da belə məhv edər?İndi görün ki,Putinin bizim orduya soxuşdurduğu casus zabitlər nə qədər əsgərlərimizin ölümünə səbəb olublar.Vaxtı ilə mənə "Ya tebya dam Azerbaydjankiy armii,armiya polojna ruskim"-deyən keçmiş müd.naziri Səfər Əbiyevin Azərbaycan ordusunda törətdiyi xəyanətləri təsəvvür edirsinizmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol