Menu

“Qaçqın sayı 3 milyon 700 minə düşüb” - Hulusi Akar

10.05.2022, 10:11
“Qaçqın sayı 3 milyon 700 minə düşüb” - Hulusi Akar

“Türkiyədə qaçqın sayı qayıdışlarla birlikdə 3 milyon 700 minə düşüb”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Sözcü” qəzetinə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, qaçqınların BMT meyarlarına uyğun formada etibarlı, könüllü və hörmətli şəkildə qayıdışları üçün lazımi şərtlərin yaranması istiqamətində hər cür tədbirlər görülür:

“Biz tariximizə, keçmişimizə, əcdadlarımıza yaraşacaq şəkildə lazım olanları etdik, etməyə də davam edirik. Bizim etdiyimizi heç kim edə bilməyib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol