Menu

"Qara dənizin strateji mübarizə meydanına çevrilməsini istəmirik" - Hulusi Akar

10.05.2022, 10:43
"Qara dənizin strateji mübarizə meydanına çevrilməsini istəmirik" - Hulusi Akar

“Biz dövlət olaraq ortadayıq. Bunun dəstəklənməsi, təqdir olunması vacibdir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Sözcü” qəzetinə müsahibəsində söyləyib.

“Oradakı insanlarımızın təxliyəsi vacibdir. Humanitar durumun daha da ağırlaşmaması üçün öhdəmizə düşən vəzifəni yerinə yetirik. Biz Montrö Konvensiyasının şərtlərinə uyğun olaraq boğazlardan hansısa hərbi gəminin keçməməsi barədə hər iki tərəfə mövqeyimizi çatdırmışıq. İndiyədək boğazlardan hərbi gəmi keçməyib. Regionda sülhün və sabitliyin qorunması üçün bütün tərəflərin Montrö konvensiyasının şərtlərinə əməl etməsini konkret formada tələb etdik. Həmin ölkələrin də buna əməl etdiklərini gördük. Qara dənizin strateji mübarizə meydanına çevrilməsini istəmirik”, - milli müdafiə naziri vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol