Menu

Türkiyə Kubokunda digər finalçı bəlli olub

11.05.2022, 23:56
Türkiyə Kubokunda digər finalçı bəlli olub

Futbol üzrə Türkiyə Kubokunda digər finalçı müəyyənləşib. "Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda evdə "Alanyaspor"la 1:1 hesablı heç-heçə edən "Sivasspor" həlledici qarşılaşmada "Kayserispor"a rəqib olub.

Hesabı 78-ci dəqiqədə qonaqlardan Famara Dyedu açıb. Cəmi 10 dəqiqə sonra meydan sahibləri Hakan Arslanın qolu ilə tarazlığı bərpa ediblər. Alanyadakı ilk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Sivas təmsilçisi iki görüşün nəticəsinə (3:2) əsasən, adını finala yazdırıb.

Qeyd edək ki, Türkiyə Kubokunda final matçı mayın 26-da keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol