Menu

“Bandotdel”in şöbə müdirinə federasiyada vəzifə verildi

12.05.2022, 19:48
“Bandotdel”in şöbə müdirinə federasiyada vəzifə verildi

Azərbaycan Atıcılıq Federasiyasına yeni vitse-prezident təyinatı olub. Oxu.Az-ın əldə etdiyi xəbərə görə, polis polkovnik-leytenantı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) şöbə müdiri Tofiq Bəylərov bu qurumun üçüncü vitse-prezidenti olub.

Xatırladaq ki, Atıcılıq Federasiyasının prezidenti daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdur. Digər iki vitse-prezident daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev və stend atıcılığı üzrə olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və polis polkovniki olan Zemfira Meftahəddinovadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol