Menu

Mahir Məmmədova FIDE-dəki vəzifəsində qalmaq təklif ediləcək

13.05.2022, 00:22
Mahir Məmmədova FIDE-dəki vəzifəsində qalmaq təklif ediləcək

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov daha 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti ola bilər. "Report"un məlumatına görə, bu barədə FIDE-nin prezidenti Arkadi Dvorkoviç TASS-a açıqlama verib.

Yenidən namizədlərini irəli sürən rusiyalı funksioner bildirib ki, qurumun rəhbəri seçiləcəyi halda Məmmədova hazırkı vəzifəsində qalmağı təklif edəcək.

Dvorkoviçin komandasında AŞF prezidenti ilə yanaşı, 15-ci dünya çempionu hindistanlı Vişvanatan Anand, 9-cu dünya çempionu çinli Çju Çen, həmçinin norveçli Yoran Eulin-Yansson da yer alıb.

Qeyd edək ki, FIDE prezidentliyinə seçkilər 7-8 avqustda Hindistanın Çennai şəhərində keçiriləcək. Seçkilərdə iştirak üçün ərizələr iyunun 7-dən gec olmayaraq təqdim edilməlidir.

Mahir Məmmədov 2018-ci ildən FIDE-nin vitse-prezidentidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol