“Bu xərçəng şişini kökündən qaşımaq lazımdır” - Polşanın Baş naziri “rus dünyası” təhlükəsi haqda

«Rus dünyası ideologiyası» təhlükəlidir və onun kökünü kəsmək lazımdır.

Bunu Polşanın Baş naziri Mateuş Moravetski bəyan edib.

Onun fikrincə, «rus dünyası» - xərçəng şişidir və bütün Avropa üçün ölümcül təhlükədir.

Bu fonda Avropa İttifaqı ölkələri təkcə Ukraynanı dəstəkləmək yox, həm də öz aralarında birləşməlidirlər ki, bu yeni dəhşətli ideologiyaya qalib gəlsinlər, - Moravetski belə hesab edir. Əks təqdirdə Avropa təkcə Ukraynanı yox, həm də öz qəlbini, öz azadlığını və suverenliyini itirəcək.

«Çünki Rusiya Kiyevdə dayanmayacaq. O, Qərbə doğru uzun yola çıxıb və biz onu harada dayandıracağımızı həll etməliyik» - Baş nazirdən sitat gətirilir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar