Rusiyanın Ermənistandakı hərbi poliqonunda partlayış olub

Ermənistanda Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci hərbi bazasının yerləşdiyi Şirak rayonunda partlayış olub.

APA “Sputnik“ə istinadən xəbər verir ki, Kamxut dağ silsiləsinə yaxın ərazidəki poliqonda baş vermiş partlayış nəticəsində bir nəfər çoban ölüb.

Məlumata görə partlayış saat 15:30 radələrində baş verib.

Hərbi bazanın komandanlığı bildirir ki, həmin vaxt poliqonda heç bir təlim olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar