"ABŞ Avropada 10,5 min hərbçini rotasiya edəcək" - Pentaqon

ABŞ yaxın həftələrdə Avropada təxminən 10 500 hərbçini rotasiya edəcək.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

"Bu yerləşdirmə tamamilə bölmələrin dəyişdirilməsidir. Bölmələr öz yerləşdirmə yerlərinə qayıdacaqlar. Bu köçürmə gələn həftələrdə baş tutacaq", - Kirbi deyib.

Onun sözlərinə görə, qoşunlar Ukraynaya göndərilməyəcək.

"Bu hərəkətlər mövcud təhlükəsizlik vəziyyətinə cavab tədbirləri çərçivəsində baş verir. Həmin qüvvələr Ukraynada döyüşmək fikrində deyil", - sözçü qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar