Menu

"Finlandiya və İsveç PKK-nı dəstəkləyir, bu qəbuledilməzdir" - Çavuşoğlu

14.05.2022, 21:59
"Finlandiya və İsveç PKK-nı dəstəkləyir, bu qəbuledilməzdir" - Çavuşoğlu

"Finlandiya və İsveç açıq şəkildə PKK-nı dəstəkləyir, bu qəbuledilməzdir". "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Berlində alyansın xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü ərəfəsində deyib.

Diplomat bildirib ki, NATO-ya üzv olmağa hazırlaşan dövlət heç bir halda terrorçuları dəstəkləməməlidir.

"Türkiyə əvvəldən NATO-nun açıq qapı siyasətini dəstəkləyib. Hətta alyansın bəzi üzvləri regionumuzda və Qərbi Balkanlarda bəzi dövlətlərin NATO-ya daxil olmasına qarşı çıxanda da biz bunu dəstəkləmişik. NATO təkcə təhlükəsizliklə bağlı deyil, həm də həmrəylikdən ibarət olan bir ittifaqdır", - nazir vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol