Menu

Qara dənizdə qorxu yaradan rəng dəyişimi - VİDEO

15.05.2022, 10:28
Qara dənizdə qorxu yaradan rəng dəyişimi - VİDEO

Türkiyənin İstanbul şəhərinin Qara dəniz sahillərində dəniz suyunun rəngi getdikcə narıncı və qırmızı rəngə çevrilib. Hadisə Arnavutköyün Karaburun çimərliyində qeydə alınıb.

Ətrafdakı insanlar dənizə boya töküldüyünü zənn edərək vəziyyəti səlahiyyətlilərə çatdırıblar.

Xəbərdarlığa əsasən çimərliyə gələn heyət dənizdən nümunələr götürüb. Nümunələr Mərmərə Araşdırma Mərkəzinə göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol