Menu

Əfqanıstanda Türkiyə Maarif Vəqfinin vəzifəli şəxsi öldürülüb

15.05.2022, 22:18
Əfqanıstanda Türkiyə Maarif Vəqfinin vəzifəli şəxsi öldürülüb

Əfqanıstanın Qəndəhar vilayətində kafir terrorçular Türkiyə Maarif Vəqfinin orta məktəbinin direktor müavini mayın 14-də baş verən hücum nəticəsində öldürülüb.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Əfqanıstanda təhsilə mühüm töhfələr vermiş Türkiyə Maarif Vəqfi Məktəbinin rəsmisinə edilən bu mənfur hücumu şiddətlə qınayır və təqsirkarların qısa zamanda müəyyən edilərək ədalət qarşısında cavab verəcəyinə ümid edirik.

Həyatını itirən mərhum direktor müavininə Allahdan rəhmət diləyir, yaxınlarına, dostlarına və qardaş Əfqanıstan xalqına başsağlığı veririk”, - xarici siyasət idarəsinin məlumatında bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol