Menu

“Putinə təcrid olunduğunu başa salmaq lazımdır” - Estoniyanın Baş naziri

16.05.2022, 11:48
“Putinə təcrid olunduğunu başa salmaq lazımdır” - Estoniyanın Baş naziri

“Qərb dövlətləri Rusiya Prezidenti Vladimir Putinə təcrid olunduğunu başa salmaq istəyirlərsə, ona zəng etməyi dayandırmalıdırlar”.

“Report” xəbər verir ki, bu barədə EURACTIV nəşrinə müsahibəsində Estoniyanın Baş naziri Kaya Kallas bildirib.

O, Fransa Prezidenti Emmanuel Makronun “telefon diplomatiyası”nı tənqid edib.

“Fikrimcə, hamı Putinə zəng etməkdə davam edərsə, o, təcrid olunduğunu başa düşməyəcək. Əgər bunu ona başa salmaq istəyiriksə, zəng etməyək, çünki bunun mənası yoxdur”, - K.Kallas deyib.

Baş nazir vurğulayıb ki, hamı zəng etdiyinə görə Putin özünü diqqət mərkəzində hiss edir.

Şərhlər

Roma 2022-05-16 14:25:20

“Putinə təcrid olunduğunu başa salmaq lazımdır” - Estoniyanın Baş naziri...Rusiya dövləti bütün dünyanı qorxu içərisində saxlayır və məncə bizdə də onu dəstəkləyənlər az deyil...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol