Rusiya sərhədçiləri döyüş meydanından qaçmış və Belqorod vilayətinə girmiş «LXR polkunu» («Luqansk xalq resublikası») saxlayıblar.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi xəbər verib.
Yeni əldə olunmuş məlumatda deyilir ki, «LXR»-dan olan hərbçinin arvadı, hansı ki, hazırda Xerson vilayəti ərazisindədir, bölmələrdən birinin döyüş meydanından çəkilməsindən danışıb.
«Nəticədə onlar, Rusiya sərhədçiləri ilə münaqişəyə giriblər: onlar orada hansısa qurğuya düşüblər, oradan tez-tələsik çıxıblar və təsadüfən Belqorod vilayətinə daxil olublar. Komandanlıq onları atıb, nəticədə komandanlıq hardasa Rovenkoda evdədir, onlar isə orada. Onları sərhədçilər saxlayıblar. Anlamırlar ki, onlar kimlərdir və onlarla nə etməlidirlər. Danışırlar: Siz, kimsiniz, heç yerdə qeydiyyatda yoxsunuz. Hazırda bu polkla bağlı araşdırırlar. Bir topa silahlı insan sərhədi qanunsuz keçib» - kəşfiyyatda xəbər veriblər.
AzPolitika.info


Şərhlər