Menu

Moldova MDB-ni tərk edə bilər

17.05.2022, 18:41
Moldova MDB-ni tərk edə bilər

Ukraynada müharibə başa çatdıqdan sonra Moldova Respublikası Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olaraq qalıb-qalmayacağına qərar verməlidir.

APA xəbər verir ki, bunu Moldova parlamentinin sədri İqor Qrosu ölkə radiosuna müsahibəsində deyib.

Parlament sədri bildirib ki, Moldova MDB-yə üzvlüyün müsbət və mənfi tərəflərini hesablayıb siyasi qərar verməlidir.

“Hazırkı vəziyyətdə MDB çərçivəsində baş verən tədbirlərdə iştiraka ehtiyac görmürük. Bu təşkilatla davam edib-etməməklə bağlı, düşünürəm ki, siyasi müzakirələrimiz olmalıdır. Müharibə bitdikdən və vəziyyət sabitləşdikdən sonra biz qərar verə bilərik. Çünki bu təşkilata üzvlüyün mənfi və müsbət tərəflərini diqqətlə hesablamalıyıq. Bir məsələ dəqiqdir: indi istehsalçılarımız şərab və digər məhsullara qoyulan embarqodan dərs götürdülər. Bu, bizi başqa bazarlar tapmağa vadar etdi. İndi məhsullarımızın 70%-i Avropa ölkələrinə gedir. Bu, böyük, sabit bazardır. Ən yaxşı yol ixracı şaxələndirmək və sabit bazarlara istiqamətləndirməkdir, ən sabit bazar isə Aİ bazarıdır” - Moldova parlamentinin spikeri qeyd edib.

Şərhlər

Veteran 2022-05-19 11:31:40

Bəs biz nə vaxt ?

Men Azeri 2022-05-17 21:11:10

Moldova da bir sıra Qorbaçovun ideoloqu ilə satqınca özbaşına na proizvol sudbu buraxdığı bəzi digər respublikaları kimi Kremlin 2-3 şəxsindən asılı qalıblar? Moldova BMT və dünya birliyi qarşısında Dnestryanı ilə bütövlükdə bir respublika kimi müstəqil avropa respublikası və ya Ruminiya ilə bir dövlət ittifaqı statusuna çalışmalı və nail olmalı idi? Yoxsa, Azərbaycan kimi hələ də qeyri-müəyyən asılılıqda qalıb???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol