Menu

Proporsional seçki sisteminin bərpası yenidən gündəmə gətirilir

05.11.2014, 19:07
Proporsional seçki sisteminin bərpası yenidən gündəmə gətirilir

5-də Müsavat Partiyasının qərargahında Demokratiya və İnsan Haqları Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycanda proporsional seçki sistemi"nin bərpası barədə tədbir keçirilib. Musavat.com-un məlumatına görə, 11 partiyanın iştirak etdiyi tədbirdə müxalifət liderləri, partiya fəalları, eləcə də Polşa və Fransa səfirliklərinin nümayəndələri iştirak ediblər.

Tədbiri ilk olaraq açıq elan edən Demokratiya və İnsan Haqları Mərkəzinin sədri Mirmahmud Mirəlioğlu tədbir iştirakçılarını salamlayaraq, toplantı barədə geniş məlumat verib. Və tədbirdə iştirakla bağlı dəvəti qəbul edib, gəldiklərinə görə, hər iki ölkə səfirliyinin nümayəndələrinə mərkəz adından təşəkkür edib.

Toplantıda çıxış edən partiya liderlərinin hər biri proporsional seçki sisteminin vacibliyindən danışıb. Bu seçki sisteminin yenidən tətbiqi istiqamətində birgə fəaliyyət göstərilməsinə ehtiyac yarandığı bildirilib. Tədbirdə proporsional seçki sisteminin bərbası tələbi ilə imzatoplama kampaniyasına başlamaqla bağlı qərar qəbul edilib. Və bununla bağlı ölkə prezidentinə, Milli Məclisə və MSK-ya müraciət ünvanlanıb.

Sonda qərara alınıb ki, bu istiqamətdə fəaliyyət və tədbirlər ardıcıl olaraq davam etdirilsin.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol