Menu

“Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb” - Vitse-spiker

19.05.2022, 09:28
“Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb” - Vitse-spiker

Bir həftə ərzində təxminən 3 milyard dram - təxminən 6,5 milyon ABŞ dolları, Nikol (Baş nazir Nikol Paşinyan-red.) cinayətlər törətdiyinə görə polisləri bu qədər mükafatlandırdı.

“Report” xəbər verir ki, bunu müxalif “Ermənistan” fraksiyasının nümayəndəsi, parlamentinin vitse-spikeri İşxan Saqatelyan deyib.

"Mayın 16-da polisə 2 milyard 180 milyon dram mükafat verilib. Rəsmi rəqəmi deyirəm - 5 milyon ABŞ dollarına yaxındır - polis Nikoldan mükafat alıb. Üstəlik, mayın 11-də polisə 700 milyon dram mükafat da verilib. "Bir həftə ərzində 3 milyard dram, təxminən 6,5 milyon dollar, Nikol polisi bu qanunsuzluqlara görə mükafatlandırdı", - Saqatelyan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol