Menu

Bakıda Formula 1-ə görə yolun bir hissəsi bağlanır

19.05.2022, 11:22
Bakıda Formula 1-ə görə yolun bir hissəsi bağlanır

19 may saat 23:00-dan Səməd Vurğun - Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinə qədər yolun bir hissəsi bağlı olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) "Report"a verilən məlumata görə, bu, "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədardır.

Yolun həmin hissəsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək. BŞH sürücülərə anlayışlarına görə təşəkkürünü bildirib.

Şərhlər

Camaat 2022-05-19 14:45:37

Bu avara yarışlardan canımız görəsən nə vaxt qurtaracaq? Bu korrupsiyalaşmış pullardan hər uşağa ayda100 manatdan uşaq pulu vermək olardı.

t.ədalət 2022-05-19 11:57:33

Formula 1 çəkilən xərcin hesabına müharibə əlilləri və şəhid ailələri üçün hansısa vacib qayğı göstərilsə daha yaxşı olar..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol