Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəllər mövcud olan Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi lisey, Cəmşid Naxçıvanski adına hərbi lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi adı altında fəaliyyət göstərirlər.
Aparılan struktur islahatları çərçivəsində ordumuzda elm və hərbi təhsil sahəsi daha da uğurlu inkişaf edir.

Şərhlər
Az qalıb hər nazirlik rüşvət mənbəinə çevrilmiş təhsil sahəsini ələ keçirməldədir.Nəyə gərəkdir?
Azərbaycanda universitetlərin sayı.ixtisaslar və qəbul planları ölkə tələbatına uyğunlaşdırılmalıdır.Tələbindən artıq qəbuk plkədə diplomlu işsizlər toplusu yatatmaqla bərabər təhsilin səviyysinə də ciddi təsir göstərir.Zəif hazırlığı olan ların qohum,tanış və ya rüşvət yolu ilə işlə təmin edlməsinə yol açır ki, nəticədə ölkəyə lazımlı olan ,hazırlıqlı gənclər əsassız işsizlər ordusuna çevrilir.bu strteji sahəni belə zibilləmək ölkəmizə zərərli olduğu üçüün bu sahə ciddi nəzarət altında olmalıdır.Qəbul pıanlı olmalı,universitet bitirən gənclər konkret iş yerlərinə təyinat almalıdırıar.Yalnız bu zaman təhsilin mənası yüksələr.
Xeyirli, uğurlu, bərəkətli olsun.