Türkiyə Pakistanla birgə inşa etdiyi daha bir döyüş gəmisini suya endirib

“Müdafiə sənayesi sahəsində nailiyyətlərimizi dostlarımızla bölüşmək iradəmizin əlaməti olan “Pakistan MİLGEM” layihəsini daha böyük əməkdaşlığın müjdəçisi kimi qəbul edirəm”.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “MİLGEM” (“Milli gəmi”) hərbi döyüş gəmisinin üçüncüsünün suya endirilməsi tədbirinə göndərdiyi videomüraciətdə bildirib.

Türkiyə lideri Pakistanla ölkəsi arasındakı əlaqələrin daha dərin köklərinin olduğunu vurğulayıb: “Pakistan və Pakistan xalqının millətimiz və dövlətimizdə ayrı yeri var. Təhlükəsizliyini, sabitliyini və rifahını özümüzünkü qədər istədiyimiz Pakistanın hərbi infrastrukturunun gücləndirilməsinə hər cür töhfə verməyi qardaşlıq qanunumuzun tələbi kimi görürük”.

Ərdoğan deyib ki, Pakistan Hərbi Dəniz Qüvvələri üçün 4 “MİLGEM” kateqoriyasına aid döyüş gəmilərinin tikintisi pandemya dövrü olmasına baxmayaraq, gecikmə olmadan davam edib: “İkisi Pakistanda, ikisi Türkiyədə inşa edilən gəmilərin tikintisi mərhələ-mərhələ tamamlanır. Ötən il İstanbulda Pakistan Prezidenti Arif Alvi ilə birlikdə babur gəmisinin suya endirmə tədbirində iştirak etmişik. Bu gün Pakistanın Karaçi şəhərində “Badr gəmisi”nin suya endirilmə tədbirinin sevincini yaşayırıq. Bu gəminin Pakistan Hərbi Dəniz Qüvvələrinə xeyirli olmasını arzulayıram. Sentyabrda isə İstanbulda “Keybar gəmisi”ni suya endirəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar