Menu

"Şimali Koreya lideri ilə görüşə hazıram" - Bayden

21.05.2022, 13:15
"Şimali Koreya lideri ilə görüşə hazıram" - Bayden

"Şimali Koreya lideri Kim Çen Inla görüşə hazıram".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ lideri Seulda Cənubi Koreya Prezidenti Yun Sok Yolla danışıqların yekununda bildirib.

“Şimali Koreya lideri ilə görüşə hazır olmağım, onun məsələyə səmimi və ciddi yanaşmasından asılıdır”, Cozef Bayden vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Baydenin mayın 20-də şərqi Asiya ölkələrinə - Cənubi Koreya və Yaponiyaya səfəri başlayıb. Səfər çərçivəsində o, Cənubi Koreya lideri Yun Sok Yol ilə görüşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol